12 Avqust 2026, Çərşənbə
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da

Basketbol

Türkiyəli məşqçi: "Azərbaycan kuboku hər komanda üçün önəmlidir"

"Azərbaycan kuboku hər komanda üçün önəmlidir".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu “Sərhədçi”nin baş məşqçisi Evren Alkaya Azərbaycan Kubokunun qrup mərhələsinin I turunda “Gəncə”yə 99:63 hesabı ilə qalib gəldikləri oyun barədə klubun mətbuat xidmətinə danışarkən deyib.
 
Türkiyəli mütəxəssis ölkə kubokunun əhəmiyyətindən və inamlı qələbədən söz açıb: “Kubokda müxtəlif variantları sınaqdan keçiririk. “Gəncə”yə qalib gəldiyimiz matçda variantlarımız işimizə yaradı. Oyunun startından müəyyən üstünlük əldə etdik. Bundan sonra digər oyunçulara da şans verdik. Rəqib güclü komandadır və zaman-zaman geridönüş etdilər. Basketbolda belə şeylər var. Biz də ona qarşı tədbir görərək qarşılaşmanı yaxşı şəkildə bitirdik".
 
E.Alkaya kubokdakı hədəflərdən də söz açıb: “Ümid edirəm ki, kubokda yaxşı nəticə əldə edəcəyik. Qrupumuzda yaxşı komandalar var. Biz də bütün komandalar kimi ən yüksək hədəfə çatmaq istəyirik”.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31