10 Noyabr 2026, Çərşənbə axşamı
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi

Xarici futbol

Mikels qardaşlarından dubl, sabiq “Sumqayıt”lıdan təsəlli qolu

Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Ruanda millisi öz meydanında Liberiyanı 3:1 hesabı ilə məğlub edib.

Futbolxeber.az saytının məlumatına görə, “Sabah”ın hücumçusu Coy-Lens Mikels Ruanda yığmasında ilk matçına çıxıb. O, penaltidən fərqlənməklə debütunu qolla qeyd edib.

Ruanda millisinin digər qollarından birini Coy-Lensin qardaşı, ötən mövsüm “Zirə”də çıxış edən Leroy Mikels vurub.

Ruanda millisinə dəvət alan “Zirə”nin müdafiəçisi Anji Mutsinzi də bu matçın iştirakçısı olub. O, meydana start heyətində çıxıb və görüşü əvəzolunmadan keçirib.

Maraqlıdır ki, bu matçda Liberiya millisini yeganə qolunun müəllifi olan Silvanus Nimeli də vaxtı ilə Azərbaycanda çıxış edib. O, 2024/25 mövsümündə “Sumqayıt”da forma geyib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30