31 Oktyabr 2026, Şənbə
Kurban Berdıyevdan qələbə şərhi
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı

Xarici futbol

Çempionlar Liqasının finallarını bu şəhərlər qəbul edəcək

UEFA müxtəlif klub turnirlərinin qarşıdakı illərdə keçiriləcək final oyunlarının məkanlarını müəyyənləşdirib.

Futbolxeber.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, qərarlar UEFA İcraiyyə Komitəsinin Yunanıstanın Saloniki şəhərində keçirilən iclasında qəbul olunub.

Çempionlar Liqasının 2028-ci il finalı Münhendəki “Munich Football Arena”da, 2029-cu il finalı isə Barselonadakı “Kamp Nou”da keçiriləcək.

Digər turnirlərin final məkanları da açıqlanıb:

Qadınlar Çempionlar Liqası: 2028 - Lion, 2029 - Kardiff

Avropa Liqası: 2028 - Buxarest, 2029 - Belqrad

Konfrans Liqası: 2028 - Turin, 2029 - Budapeşt

UEFA Superkuboku: 2027 - Amsterdam, 2028 - Astana

Futzal üzrə Çempionlar Liqası: 2027 - Bil/Biyenn (İsveçrə)

İclasda həmçinin Millətlər Liqasının 2026/27 mövsümü üçün yüksəlmə və aşağı liqaya düşmə sistemində dəyişikliklər təsdiqlənib. Bu dəyişikliklər 2028/29 mövsümündən turnirin dörd deyil, üç liqadan ibarət yeni formata keçidi ilə əlaqədardır.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31