14 Oktyabr 2026, Çərşənbə
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Xarici futbol

Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol

Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin çıxış etdiyi "Malişeva" Kosovo Superliqasında 6-cı turun oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, səfərdə “Lapi” ilə keçirilən görüş "Malişeva"nın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətində meydana çıxan Vüsal 41-ci dəqiqədə komandasının ilk qolunu vurub. Bu, 30 yaşlı yarımmüdafiəçinin cari mövsümdə Superliqada 4-cü qolu olub. O, 2 tur öncə "Gjilani" ilə görüşdə (3:1) het-trik etmişdi.

Hazırda “Malişeva" 13 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və ehtiyatında bir oyunu olan lider "Priştina"dan 2 xal geri qalır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31