30 Oktyabr 2026, Cümə
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Xarici futbol

“Fənərbaxça” Tedeskonu istefaya göndərdi

“Fənərbaxça" baş məşqçi Domeniko Tedesko və idman direktoru Devin Özek ilə yollarını ayırıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, bu qərar Superliqanın 31-ci turunda “Qalatasaray”a 0:3 hesablı məğlubiyyətdən sonra qəbul olunub. Həmin nəticə ilə komanda çempionluq yarışında ciddi zərbə alıb.

Rəhbərlik həmçinin futbol koordinatoru Berke Çelebi ilə də vidalaşıb.

Mövsümün qalan üç oyununda komandanı köməkçi məşqçi Zeki Murat Göle meydana çıxaracaq.

Qeyd edək ki, 40 yaşlı Tedesko 2025-ci ilin sentyabrında İstanbul klubunun baş məşqçisi təyin edilmişdi.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31