12 Sentyabr 2026, Şənbə
“Tuluza”nın yetirməsi “Sumqayıt”da
“Neftçi” "İmişli"ni məğkub etdi
V turun hakim təyinatları açıqlandı
Yankoviç “Turan Tovuz”da

Xarici futbol

Sabiq “Neftçi”li yenidən “Yenisey”də

“Neftçi”nin sabiq futbolçusu Azər Əliyevin yeni klubu müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, 31 yaşlı müdafiəçi karyerasını yenidən “Yenisey”də davam etdirəcək. Bu barədə Rusiya klubunun mətbuat xidməti açıqlama yayıb.

I liqa təmsilçisi Azər Əliyevlə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb. O, daha əvvəl 2013-2017-ci illərdə də “Yenisey”də oynayıb.

Qeyd edək ki, Azər Əliyev 2022-ci ilin yanvarından bu ilin yayına kimi “Neftçi”nin formasını geyinib. O, Azərbaycan millisi ilə 1 oyuna çıxıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30