12 Sentyabr 2026, Şənbə
“Tuluza”nın yetirməsi “Sumqayıt”da
“Neftçi” "İmişli"ni məğkub etdi
V turun hakim təyinatları açıqlandı
Yankoviç “Turan Tovuz”da

Xarici futbol

“Neftçi”nin hücumçusunu millidən Eto'O uzaq salıb?

Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto'O ilə bağlı şok iddia ortaya çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə "The Sun" nəşri yazıb.

Xəbərdə qeyd edilib ki, "Neftçi"nin futbolçusu Vinsent Abubakarın Kamerun millisinə çağırılmaması Samuel Eto'Onun göstərişinə əsasən olub. Ötən illərin ulduz futbolçusunun millidəki qol rekordunun yenilənməməsi üçün bu addımı atdığı bildirilir.

Eto'O Kamerun millisində 118 oyun keçirib və 56 qol vurub, Aboubakar isə 117 matçda 45 qola imza atıb. Eto'Onun Abubakarla bağlı qərarının kamerunlu futbol azarkeşlərini təəccübləndirdiyi bildirilir.

Xatırladaq ki, Abubakardan başqa, “Trabzonspor”da icarə əsasında çıxış edən “Mançester Yunayted”in qapıçısı Andre Onana da millidən kənarda qalıb. Onlar Afrika Millətlər Kuboku üçün Kamerun millisinə çağırılmayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30