3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Xarici futbol

Fransa millisinin hücumçusu Azərbaycanla oyunu buraxacaq

Fransa millisinin və "Tottenhem"in hücumçusu Randal Kolo Muani zədələnib.

Futbolxeber.az saytının məlumatına görə, o, İngiltərə Premyer Liqasının 11-ci turunda "Mançester Yunayted"lə oyunda (2:2) sıradan çıxıb. Kolo Muani ikinci hissənin ilk dəqiqəsində "qırmızı şeytanlr"ın futbolçusu Harri Maquayrla toqquşub. Forvard oyuna davam edə bilməyib və əvəzlənib.

Əvvəlcə "Tottenhem"in tibb işçiləri zədəni yüngül hesab etsələr də, daha sonra onun çənəsinin sındığı ortaya çıxıb.

Bu səbəbdən də Kolo Muani zədə səbəbindən Fransa millisinin DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və Ukrayna ilə oyunlarını buraxacaq.

Qeyd edək ki, Azərbaycan - Fransa qarşılaşması noybarın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31