15 Sentyabr 2026, Çərşənbə axşamı
Elvin Camalov “Neftçi”dən getdi
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”
"Qarabağ" məğlubiyyətdən qaçdı
“Sumqayıt” qəkəbəni əldən verdi

Xarici futbol

Rüfət Abdullazadədən məhsuldar ötürmə

Xorvatiya çempionatında 11-ci turun oyunları keçirilir.

Futbolxeber.az saytının məlumatına görə, həmyerlimiz Rüfət Abdullazadənin də formasını geydiyi “Varazdin” öz meydanında “Slaven Belupo”nu qəbul edib.

Görüş Rüfətin komandasının 1:3 hesablı məğubiyyəti ilə başa çatıb.

Abdullazadə də bu görüşün iştirakçısı olub. Matça ehtiyat oyunlular skamyasından başlayan Rüfət artıq 16-cı dəqiqədə zədələnən Aleksa Latkoviçin yerinə meydana daxil olub, 75-ci dəqiqədə isə Damoqay Beqonya ilə əvəzlənib.

Abdullazadə 35-ci dəqiqədə məhsuldar ötürmə müəllifi olub. Luka Mamiç azərbaycanlı futbolçunun ötürməsindən sonra komandasının matçdakı yeganə qolunu vurub. 

1:3 hesablı məğlubiyyətdən sonra 15 xalda qalan “Varazdin” turnir cədvəlində beşinci yerə düşüb. “Slaven Belupo” isə 16 xalla dördüncü pilləyə yüksəlib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30