15 Sentyabr 2026, Çərşənbə axşamı
Elvin Camalov “Neftçi”dən getdi
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”
"Qarabağ" məğlubiyyətdən qaçdı
“Sumqayıt” qəkəbəni əldən verdi

Xarici futbol

İspaniya millisinin məğlubiyyətsiz oyunlar seriyası 29-a çatdı

Ötən gecə İspaniya millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstan millisini 4:0 hesabı ilə məğlub edib.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, bununla da sözügedən komanda yeni uğura imza atıb.

Belə ki, İspaniya millisi məğlubiyyətsizlik seriyasını 29 matça (yoldaşlıq oyunları istisna olmaqla) çatdırıb. Bu görüşlərdə İspaniya 24 qələbə qazanıb, 5 heç-heçə edib.

İspaniya millisi Visente del Boskenin rəhbərliyi altında da eyni nəticəni göstərmişdi. Komanda 2010-2013-cü illər arasında 29 məğlubiyyətsiz matç keçirmişdi

Del Boske ilə İspaniya millisi DÇ-2010-un və Avro-2012-nin qalibi olub.

2023-cü ilin yanvarından isə bu yığmanı Luis de la Fuente çalışdırır. Onun rəhbərliyi altında İspaniya Avro-2024-ü qazanıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30