8 Noyabr 2025, Şənbə
Sxadadze azarkeşlərdən üzr istədi
Saşa İliç qələbəni şərh etdi
Millimiz Özbəkistaba məğlub oldu
Kadi uzun müddətə sıradan çıxdı

Xarici futbol

Osihmen “Zirə” və “Səbail”in futbolçularını məyus etdi

“Zirə”nin müdafiəçisi Ange Mutsinzi və “Səbail”in hücumçusu  İnnosent Nşutinin də formasını geyindikləri Ruanda millisi Dünya çempionatı 2026-nın seçmə mərhələsində növbəti oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, komanda evdə Nigeriya ilə qarşılaşıb. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Nigeriya millisinin heyətində hər iki qolu “Qalatasaray”ın hücumçusu Viktor Osihmen vurub.

Həm Mutsinzi, həm də Nşuti meydana start heyətdə çıxıb. “Zirə”nin müdafiəçisi görüşü əvəzolunmadan keçirib. “Səbail”in forvardı isə 82-ci dəqiqədə Habimana Yveslə əvəzlənib.

Qeyd edək ki, 5 oyundan sonra 7 xal toplayan Ruanda millisi qrupda 3-cü, 6 xala sahib Nigeriya isə 4-cü pillədə qərarlaşıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30