14 Avqust 2026, Cümə
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də

Xarici futbol

Benzia səfərdə qələbəyə sevindi

“Qarabağ”ın futbolçusu Yassin Benzia Əlcəzair milli komandasının heyətində növbəti oyuna çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi DÇ-2026-nın seçmə mərhələsində Botsvanaya qarşı matçın iştirakçısı olub.

Meydana start heyətində çıxan Benzia 81-ci dəqiqədə Ahmed Kendouci ilə əvəzlənib.

Görüş Əlcəzair milli komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbə sayəsində xallarının sayını 12-ə çatdıran Benzianın komandası qrupda liderdir. Botsvana yığması isə 6 xalla dördüncü pillədə qərarlaşıb.

Əlcəzair millisi seçmə mərhələdə növbəti görüşünü martın 25-də öz meydanında Mozambikə qarşı keçirəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31