12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Xarici futbol

Messidən avtoqraf istəyən hakimin cəzası məlum oldu

KONKAKAF Çempionlar Kubokunun 1/16 final mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “İnter Mayami” - “Sportinq Kanzas Siti” görüşündə birincilərin futbolçusu Lionel Messidən avtoqraf istəyən hakim Marko Antonio Ortis Navanın cəzası məlum olub.

Futbolxeber.az saytının ESPN-ə istinadən verdiyi məlumata görə, meksikalı referi 6 aylıq cəzalanıb.

Xatırladaq ki, “İnter Mayami” - “Sportinq Kanzas Siti” matçının final fitindən sonra hakim Messiyə yaxınlaşaraq əlilliyi olan qohumu üçün avtoqraf istəmişdi.

Hadisədən sonra KONKAKAF-ın yaydığı açıqlamada hakimin hərəkətinin ədalət təmsilçilərinin davranış kodeksinə uyğun gəlmədiyi vurğulanıb. Əlavə edilib ki, referi səhvini etiraf edib, üzr istəyib və tətbiq olunan intizam tədbirlərini qəbul edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30