28 Sentyabr 2026, Bazar ertəsi
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
“Şahdağ Qusar”dan 8 qollu qələbə

Xarici futbol

Mourinyo bu klubdan getdiyinə görə təəssüflənir

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo karyerasındakı səhvləri barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, “Corriere dello Sport”a müsahibəsində portuqaliyalı mütəxəssis bildirib ki, “Real”dan getməsi yanlış qərar idi:

“Əgər oyunlardan danışası olsaq, belə matçların sayı çoxdur. Çünki hər məğlub olduğun qarşılaşmadan sonra düşünürsən ki, bəlkə də nəyisə fərqli etmək olardı. Yox, əgər peşəkar seçimdən danışırıqsa, Florentino Peresə verdiyim “yox” cavabını qeyd edə bilərəm. “Real”ın prezidenti mənə “Mou, indi getmə. Sən işin çətin hissəsini artıq görmüsən. Bundan sonra hər şey yaxşı olacaq” demişdi. Mən bilirdim ki, belə də olacaq. Lakin İspaniyada keçirdiyim 3 ağır mövsümdən sonra “Çelsi”yə qayıtmağı çox istəyirdim. Bir də “Roma”dan Avropa Liqasının finalından sonra getməliydim. Lakin getmədim və bu, səhv qərar idi”.

Xatırladaq ki, Mourinyo “Real”ı 2010-2013-cü illərdə çalışdırıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30