6 Fevral 2026, Cümə
"Yenə də favorit "Qarabağ"dır"
"Neftçi"də braziliyalı vinger?
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb

Xarici futbol

Coşqunun komandası liderlik şansını əldən verdi

Azərbaycan millisinin üzvü Coşqun Diniyevin də formasını geyindiyi "Bandırmaspor" Türkiyə 1-ci liqasında 13-cu tur oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, komanda səfərdə “Kocaliespor”la qarşılaşıb. Bu matçda qələbə qazanacaq tərəf turu lider kimi tamamlayacaqdı.

Gərgin keçən görüş 2:2 hesabı ilə yekunlaşıb. Diniyevin komandası qələbəyə yaxın olsa da, “Kocaliespor” 90+3-cü dəqiqədə penaltidən vurduğu qolla yenilgidən qaçıb.

Coşqun da bu oyunda iştirak edib. 29 yaşlı yarımmüdafiəçi meydana start heyətdə çıxıb və 77-ci dəqiqədə mozambikli müdafiəçi Mexerlə əvəzlənib.

Qeyd edək ki, 13 turdan sonra "Bandırmaspor" 25 xalla turnir cədvəlində ikincidir. Lider “Kocaliespor”un 26, üçüncü pillədə qərarlaşan “Karagümrük”ün isə 24 xalı var.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28