4 Avqust 2026, Çərşənbə axşamı
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq

Xarici futbol

"Zirə"nin rəqibindən daha bir transfer

"Zirə" klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Şerif" (Moldova) yeni futbolçu transfer edib.
 
Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, Moldova təmsilçisi İlunqa Patanı heyətinə qatıb.
 
Niderlandlı müdafiəçi Puerto Riko yaxınlığında, Atlantik okeanında yerləşən Sint-Marten adasında anadan olub.
 
Qeyd edək ki, İ.Pata son mövsümü Niderlandın II Liqasında çıxış edən "Top Oss" klubunda keçirib və meydana çıxdığı 33 oyunda 4 məhsuldar ötürməyə imza atıb. O, ölkəsinin yığmasında 8 oyunda meydana çıxıb və 1 qol vurub.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31