18 Sentyabr 2026, Cümə
Azərbaycan Kubokunun püşkü atıldı
Millimizin heyəti açıqlandı
VI turun hakim təyinatları açıqlandı
“Şahdağ Qusar” zirvədə

Xarici futbol

Zommer: “Düşünmürəm ki, İtaliya futbolu böhrandadır”

İsveçrə millisinin qapıçısı Yan Zommer Avro-2024-ün 1/8 final mərhələsində İtaliyanı 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışıb.

Futbolxeber.az saytının “Football Italia”ya istinadən verdiyi məlumata görə, “İnter”in qolkiperi “Skuadra Adzurra”ya qarşı əla çıxış etdiklərini söyləyib:

“Bu, bizim üçün çox müsbət nəticədir. Biz güclü rəqibə qarşı möhtəşəm futbol sərgilədik. Buna görə çox sevinirəm. Meydanda demək olar ki, səhvsiz oynadıq. İtaliya millisi hesabda geri düşdükdən sonra heç cür gedişatı dəyişə bilmədi. Aqressiv idik və topa əla nəzarət etdik. Növbəti matçda da belə oynasaq, mərhələ adlamaq üçün yaxşı şansımız olacaq. Düşünmürəm ki, İtaliya futbolu böhrandadır. İtaliya millisi əla komandadır. Lakin biz onlara qarşı möhtəşəm oynadıq. A seriyasına çox yaxşı bələdəm. Millinin heyətində çox keyfiyyətli futbolçular var”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30