13 Avqust 2026, Cümə axşamı
"Qarabağ" "Dinamo"ya qarşı
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da

Xarici futbol

Deşam: “İlk matçda qələbə qazanmaq çox vacib idi”

Fransa millisinin baş məşqçisi Didye Deşam Avro-2024-ün ilk turu çərçivəsində Avstriya üzərində qazanılan qələbəni (1:0) şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis çox vacib qələbə qazandıqlarını bildirib:

“Qrup mərhələsində ilk görüşdə qələbə qazanmaq çox vacibdir. Xüsusən də bərabər səviyyədə olan rəqiblə matçda. Hansı ki, atletik futbol sərgiləyir və dayanmadan pressinq edir. Biz hesabı açmağa müvəffəq olduq, lakin üstünlüyümüzü artıra bilmədik. Halbuki fərqlənmək üçün bir neçə şansımız var idi və o epizodlarda daha yaxşı qərar qəbul etmək olardı. Qazandığımız nəticədən razıyam”.

Qeyd edək ki, Fransa millisi Avro-2024-dəki ikinci oyununu iyunun 21-də Niderlanda qarşı keçirəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31