6 Fevral 2026, Cümə
"Yenə də favorit "Qarabağ"dır"
"Neftçi"də braziliyalı vinger?
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb

Xarici futbol

De Bruyne millimizə qarşı oynamayacaq

Belçika yığmasının daha bir ulduzu sentyabrda Azərbaycan millisinə qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununu buraxacaq.

Futbolxeber.az saytının Belçika mətbuatına istinadən verdiyi məlumata görə, İngiltərənin "Mançester Siti" klubunda çıxış edən Kevin De Bruyne zədə səbəbindən Bakıdakı matçda oynamayacaq.

32 yaşlı pleymeyker səfərdə "Bernli"ni 3:0 hesabı ilə darmadağın etdikləri Premyer Liqanın yeni mövsümünün açılış qarşılaşmasında dizindən zədə alıb. Təcrübəli oyunçu 23-cü dəqiqədə Mateo Kovaçiçlə əvəzlənib.

Qeyd edək ki, daha əvvəl Belçika yığmasının əsas qapıçısı Tibo Kurtua İspaniya "Real"ının məşqi zamanı sıradan çıxıb. Qolkiperin əməliyyat olunacağı və ən azı 6 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Sentyabrın 9-da keçiriləcək Azərbaycan - Belçika oyunu saat 17:00-da başlayacaq.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28