10 May 2026, Bazar günü
“Qalib gəlmək üçün ölməlisən”
"Sumqayıt"ın futbolçusu mükafatlandırıldı
Sxadadze: “Vacib 1 xal qazandıq”
Qurbanov: “Nəticə oyuna görə idi”

Xarici futbol

UEFA "Beşiktaş"ı cəzalandırdı

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Beşiktaş" UEFA tərəfindən cəzalandırılıb.
 
Futbolxeber.az saytının məlumatına görə, buna 2-ci təsnifat mərhələsinin "Tirana" (Albaniya) ilə cavab matçında İstanbul təmsilçisinin azarkeşlərinin intizamsız davranışları səbəb olub.
 
40 min avro məbləğində cərimələnən İstanbul klubu buna bənzər hadisənin təkrarlanacağı təqdirdə növbəti səfər oyununda azarkeş dəstəyindən məhrum olacaq.
 
Bundan başqa, "Tirana" ilə görüşdə qırmızı vərəqə alan və 2 oyunluq cəzalandırılan Artur Masuaku ilə bağlı da qərar verilib. UEFA fransalı müdafiəçinin cəzasını 1 oyuna endirib. Bu isə o deməkdir ki, futbolçu "Neftçi" ilə cavab matçında meydana çıxa bilər.
 
Qeyd edək ki, "Neftçi" ilə "Beşiktaş" arasında ilk qarşılaşması avqustun 10-da Bakıda, cavab matçı isə avqustun 17-də İstanbulda keçiriləcək.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31