1 Avqust 2026, Şənbə
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu
“Neftçi” qələbə qazansa da...

Xarici futbol

Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atıldı

Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Futbolxeber.az saytının məlumatına görə, Tükiyə təmsilçisi “Qalatasaray” bu mərhələdə “Klaksvik” (Farer adaları) - “Molde” (Norveç) cütünün qalibi ilə qarşılaşacaq.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiya “Dinamo”su isə 3-cü təsnifat mərhələsində AEK-i (Yunanıstan) keçsə, pley-off-da Belçika “Antverpen”i ilə üz-üzə gələcək.

ÇL-də pley-off mərhələsinin cütlükləri

Çempionlar yolu

“Slovan” (Slovakiya) - “Makkabi” (Hayfa, İsrail) cütünün qalibi / “Yanq Boyz” (İsveçrə)

“Antverpen” (Belçika) / AEK (Yunanıstan) - “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi

“Rakuv” (Polşa) - “Aris” (Kipr) cütünün qalibi / “Kopenhagen” (Danimarka) - “Sparta” (Çexiya) cütünün qalibi

“Klaksvik” (Farer adaları) - “Molde” (Norveç) cütünün qalibi / “Olimpiya” (Sloveniya) - “Qalatasaray” (Türkiyə) cütünün qalibi

Liqa yolu

“Reyncers” (Şotlandiya) - “Servett” (İsveçrə) cütünün qalibi / PSV (Niderland) - “Şturm” (Avstriya) cütünün qalibi

“Braqa” (Portuqaliya) - “Baçka Topola” (Serbiya) cütünün qalibi / “Panatinaikos” (Yunanıstan) - “Marsel” (Fransa) cütünün qalibi

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları 22-23 avqustda, cavab görüşləri isə 29-30 avqustda keçiriləcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31