5 Avqust 2026, Çərşənbə
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi

Xarici futbol

Kadi üçün uğursuz final

Rusiya kubokunda 2022/23 mövsümünə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, finalda “Krasnodar” ÇSKA ilə üz-üzə gəlib.

Matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq oynayan ÇSKA 6:5 hesablı qələbə ilə Rusiya kubokuna sahib çıxıb. Moskva klubu tarixində 8-ci dəfə ölkə kubokunu qazanıb.

Yanvarda “Qarabağ”dan “Krasnodar”a transfer olunan Kadi Borgesin adı finalın iştirakçıları arasında olub. Bir müddət əvvəl ciddi zədə alan braziliyalı futbolçu matçı sona kimi “Krasnodar”ın ehtiyat oyunçular skamyasından izləyib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31