30 Oktyabr 2026, Cümə
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Xarici futbol

“Salah “Liverpul”un əfsanələrindən hesab olunacaq”

“Liverpul”un müdafiəçisi Vircil van Deyk komanda yoldaşı Məhəmməd Salah barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, niderlandlı müdafiəçi Salahın komandası üçün vacib fiqur olduğunu qeyd edib:

“Liverpul”un əksər futbolçuları komandanın böyük uğurlar qazanmasında pay sahibidi. Lakin əminəm ki, Salah klubun əfsanələrindən hesab olunacaq. O, çox vacib oyunçudu. Bəlkə də bu gün üçün etdikləri bir o qədər də nəzərə çarpmır. Amma gələcəkdə onun etdikləri daha yüksək qiymətləndiriləcək. Biz Salahın necə əzmlə çalışdığını, hansı çətinliklərin öhdəsindən gəldiyinin görürük. O, bu ruhda da davam etməlidi”.

Qeyd edək ki, cari mövsüm Salah 44 oyunda 27 qol vurub. Misirli futbolçu vurduğu qolların sayına görə “Liverpul”un Premyer Liqada rekordçusu olub. Eləcə də avrokuboklarda qol sayına görə Stiven Cerrardın nəticəsini təkrarlayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31