4 Avqust 2026, Çərşənbə axşamı
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı

Xarici futbol

Ançelotti Benzemanın müqaviləsi haqda: “Əfsanələr qalmalıdı”

“Real”ın baş məşqçisi Karlo Ançelotti Kərim Benzemanın klubla müqaviləsinin bitməsinə münasibət bildirib.

Futbolxeber.az saytının İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis təcrübəli hücumçunun komandada qalmalı olduğunu bildirib:

“Mən Benzemanın müqaviləni yeniləyib-yeniləməməsi haqda məlumatsızam. Lakin onu deyə bilərəm ki, klubun əfsanələri “Real”da qalmalıdı”.

Qeyd edək ki, fransız hücumçunun hazırkı müqaviləsi 2023-cü ilin iyununda bitir. Sözləşmədəki xüsusi bəndə əsasən, Benzema klub təklif etməyəcəyi halda belə müqavilə müddətini artıra bilər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31