4 May 2026, Bazar ertəsi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”
“Zirə" "Qəbələ"yə qalib gəldi
"Sumqayıt"dan hakimlərə etiraz

Xarici futbol

Azərbaycanın 3 klubunda oynamış latviyalı futbolçu vəfat edib

Latviya millisinin sabiq üzvü, Azərbaycanda “İnter” (hazırkı “Şamaxı"), “Qarabağ” və "Simurq"da çıxış edən Andrey Rubins vəfat edib.

Futbolxeber.az saytının məlumatına görə, 43 yaşlı keçmiş yarımmüdafiəçi bu gün qəflətən dünyasını dəyişib. Onun ölüm səbəbi haqda hələlik məlumat verilməyib.

Qeyd edək ki, Andrey Rubins Latviya millisində ən çox oyun keçirən (117 matç) iki futbolçudan biridir. O, Avro-2004-ün final mərhələsində çıxış edib. 

Rubins 4 il müddətində Azərbaycanda çıxış edib. O, “İnter” (2008-2010), “Qarabağ” (2010-11) və “Simurq”da (2011-2012) oynayıb. 2012-ci ildə karyerasını başa vurub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31