18 Dekabr 2025, Cümə axşamı
Vernidub: "Mən sehrbaz deyiləm”
"Neftçi" qələbəni əldən verdi
AFFA klubları soyur! - ARAŞDIRMA
Qurbanov: “Çox vacib qalibiyyət idi”

Xarici futbol

“Mahir Emreliyə vaxt lazımdır”

“Dinamo”nun baş məşqçisi Jelko Kopiç komandasında millimizin hücumçusu Mahir Emrelin ilk qolu haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, Kopiç səfərdə "Riyeka"ya 2:1 hesabı ilə qalib gəldikləri Xorvatiya çempionatının 30-cu tur matçından sonrakı mətbuat konfransında deyib: “Mahir Emreliyə vaxt lazımdır. Lakin o, səviyyəsini indi də göstərməkdədir".

Xorvat mütəxəssisin sözlərinə görə, həm Mahir, həm də bu oyundakı digər qolun müəllifi olan makedoniyalı Ariyan Ademi oyundan-oyuna formaya düşür.

Xatırladaq ki, "Dinamo"nın “Riyeka”ya qalib gəldiyi matçda Emreli 57-ci dəqiqədə oyuna daxil olub, 79-cu dəqiqədə isə komandasının ilk və bərabərlik qolunu vurub. Yekunda isə zaqreblilər 2:1 hesabı ilə qalib gələrək xalını 63-ə yüksəldib. Hazırda “Dinamo” ehtiyatda bir oyunu qalmaqla liderliyinə qoruyur.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31