1 Avqust 2026, Şənbə
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu
“Neftçi” qələbə qazansa da...

Xarici futbol

İspan futbolçu Mahir haqda danışdı

Polşanın “Rakuv” komandasının futbolçusu İvi Lopes millimizin futbolçusu Mahir Emreli barədə fikirlərini açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, ispaniyalı yarımmüdafiəçi Lopes “Legiya”nın oyunçularına həsəd apardığını deyib:

“Hər bir futbolçu Çempionlar Liqası və Avroliqada oynamaq istəyər. Çünki orada ən yaxşılarla yarışmaq imkanın olur. “Legiya”ya bu həftə “Lester”lə matçda və qrupun bütün görüşlərində uğurlar arzulayıram. “Legiya”da Mahir Emreli yüksək məhsuldarlığı ilə seçilir. O, çox fəaldır, meydanın hər yerində və daim hərəkətdədir. Bu, mənim diqqətimi çəkir”.

Ötən həftə “Rakuv” ölkə çempionatında Mahirin komandası “Legiya”ya 3:2 hesabı ilə qalib gəlib. Bu matçda Varşava klubunun qollarından birini Mahir vurub.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31