1 Oktyabr 2026, Cümə axşamı
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Azərbaycan Lixtenşteynə qarşı
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Xarici futbol

"Legiya"nın baş məşqçisi: "Mahir Emreli bizim maskotumuzdur"

"Mahir Emreli Norveçin "Budyo Qlimt" komandasına qarşı Çempionlar Liqası oyunundan öncə də mənimlə mətbuat konfransında idi. O, bizim maskotumuzdur".

Futbolxeber.az saytının məlumatına görə, bunu Polşa "Legiya"sının baş məşqçisi Çeslav Mixneviç evdə Çexiyanın "Slaviya" (Praqa) komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan millisinin hücumçusu ilk dəqiqələrdən meydanda ola bilər: "O, bunun üçün hər şeyi edir və deyərdim ki, şansı yüksəkdir. Lakin hazırda start heyəti ilə bağlı 2 şübhəli məqam var. Birincisi, müdafiənin mərkəzində və cinahlarında oynaya bilən Artur Yendjeyçikin heyətə daxil edilməsidir. Digər sual işarəsi isə Bartoş Slişlə əlaqədardır. O oynamasa, meydana kim çıxmalıdır? Bütün suallara oyun günü aydınlıq gələcək".

Qeyd edək ki, bu gün oynanılacaq "Legiya" - "Slaviya" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk görüşdə 2:2 hesablı heç-heçə qeydə alınıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31