31 Oktyabr 2026, Şənbə
Bekiri: "1 xal qazanmağa layiq idik"
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
"Zirə” də xal itirdi, "Qarabağ" da
“İki xal itirməsəydik, yaxşı olardı”

Xarici futbol

"Aleksandriya" Paşayevlə yolları ayırır

Millimizin futbolçusu Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya"da mövsümün sonuna böyük dəyişikliklər ola bilər.

Futbolxeber.az saytının məlumatına görə, komandanın avrokuboklara düşə bilməməsi səbəbindən bir çox liderlərlə yeni müqavilələr imzalanmayacaq və 30 iyundan sonra onlar sərbəst agent statusu alacaqlar.

Xəbərdə Yuri Pankiv, Pavel Paşayev, Dmitri Qreşişkin, Artem Qordienko, Yevgeniy Banada, Valeri Luçkeviç və Artem Sitalo ilə müqavilələrin bu yay başa çatacağı xatırladılıb. Klubun onlarla yolları ayıracağı gözlənilir.

Qeyd edək ki, "Aleksandriya" Ukrayna Premyer Liqasında 26 xalla 7-ci pillədə qərarlaşıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31