16 Oktyabr 2025, Cümə axşamı
“Səbail” “Zaqatala”ya qalib gəldi
U-21 yığmamız qələbəni əldən verdi
U-17 millimiz darmadağın oldu
VIII turun hakim təyinatları

Xarici futbol

"Bizim məqsədimiz bəllidir - həm nəticə, həm də publikanın hörmətini qazanmaq"

"Taktika barədə danışmağım düzgün olmazdı. Amma istənilən halda biz təslim olmamalı, uğura inanmalıyıq". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Türkiyə millisinin baş məşqçisi Fatih Terim bu gün DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rumıniyaya qarşı keçiriləcək oyun haqda danışarkən deyib.

"İmperator" möcüzəyə inandığını gizlətməyib: "Bizim məqsədimiz bəllidir - həm nəticə, həm də publikanın hörmətini qazanmaq. Mümkün olmayan nəticələri qazanmaq daim mənim məqsədim olub. İndiki halda isə biz möcüzəni gerçəkləşdirməliyik. Bu isə bir neçə faktordan asılıdır. Hər zaman çalışmışam ki, azarkeşlər istedadlı futbolçuların ifasında baxımlı futbol izləsinlər. Oyunçular özlərinə inanmalı, dayanmadan çalışmalıdırlar. Əgər, bütün gücümüzü ortaya qoysaq, möcüzəni reallaşdıracağımıza inanıram". 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31