4 Fevral 2026, Çərşənbə
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb
XXII turun oyun cədvəli açıqlandı
"Qarabağ" yeni transfer edir

Xarici futbol

"Keşlə"nin qapıçısı millinin rekordçusudur

“Keşlə”nin qapıçısı Stanislav Namaşko Moldova millisinin heyətində ən çox oyun keçirmiş qolkiperdir.

Futbolxeber.az-ın klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, son dəfə 2017-ci ildə Gürcüstan millisi ilə qarşılaşmada meydanda olan qapıçı Moldova millisində 45 oyun keçirib.

Həmçinin, qapıçı bu oyunların 14-də qapısını toxunulmaz saxlayıb ki, bu da milli komandanın tarixində rekord sayılır.

Stanislav Namaşko Moldova yığmasının heyətində rəsmi oyunlarda 3 dəfə penalti dəf edərək bu göstəricidə birincidir.

Qeyd edək ki, Namaşko 2019-cu ildən Bakı təmsilçisinin şərəfini qoruyur. O, bu mövsüm "Keşlə"nin Azərbaycan Premyer Liqası çərçivəsində keçirdiyi bütün qarşılaşmalarda forma geyinib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28