8 Avqust 2026, Şənbə
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Xarici futbol

Bolqarıstanda da çempionat bərpa olunur

Bolqarıstan çempionatının bərpa tarixi rəsmən bəlli olub.

Futbolxeber.az saytının məlumatına görə, yarış iyunun 5-də bərpa olunacaq. Bu barədə Bolqarıstan Futbol Federasiyasının rəsmi saytı xəbər yayıb.

Komandalar mayın ortalarında məşqlərə başlayacaqlar. Çempionatın iyulun 11-də yekunlaşdırılması planlaşdırılır. Mövsümün qalan matçları azarkeşsiz keçiriləcək.

Qeyd edək ki, koronavirus pandemiyasına görə 24-cü turda dayandırılan Bolqarıstan çempionatında lider “Ludoqorets” bir oyun az keçirməsinə baxmayaraq, əsas rəqibləri “Lokomotiv” (Plovdiv), “Levski” (Sofiya) və ÇSKA-nı (Sofiya) 9 xal qabaqlayır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31