8 Aprel 2025, Çərşənbə axşamı
Cavadov: "Oyuna pis başladıq"
Baxşıyev: “Ağır oyun alındı”
“İnanıram ki, hədəfimizə çatacağıq”
Qurban Qurbanovdan qələbə şərhi

Xarici futbol

Tanınmış forvard sabiq klubuna qayıtmaq istəyir

"Tottenhem"in hücumçusu Fernando Lorente gələcək karyerasıyla bağlı danışıb.
 
Futbolxeber.az saytının məlumatına görə, 33 yaşlı futbolçu karyerasında xüsusi yeri olan "Atletik"dən təklif alacağı halda, razılaşcağını deyib: "Mövsümün sonunda müqaviləm başa çatır. "Tottenhem"dən yeni müqavilə təklifi almamışam. Klub şərtə görə, müqaviləni uzada bilər. Ancaq yenilik yoxdu. Nə baş verəcəyini mən bilmirəm. Əgər önümə "Atletik" çıxsa, böyük ehtimalla, "bəli" cavabını verəcəm. Getdiyim komandada dəyərli olduğumu görmək istəyirəm".
 
Qeyd edək ki, "Tottenhem" basklı hücumçunu 15 milyon avroya "Suonsi"dən transfer etmişdi. İspaniya millisinin sabiq üzvü 2005-2013-cü illərdə "Atlletik"də çıxış edib. Lyorente "Yuventus" və "Sevilya"da da çıxış edib.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30