Xarici futbol
Şevçenko: “Gücünü diqtə etmək “Milan”da möhtəşəm alınırdı”
Həftə sonu baş tutacaq Milan derbisi öncəsi Andrey Şevçenko və Mauro Tassotti görüşlə bağlı xatirələrini “La Gazzetta dello Sport”a müsahibələrində bölüşüblər. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:
- Sizin üçün ən yadda qalan derbi hansı olub?
Tassoti: UEFA Çempionlar Liqasının yarımfinalı, bir də bizim 2:1 hesabı ilə qalib gəldiyimiz oyun. Həlledici qolu Haytli vurmuşdu.
Şevçenko: UEFA Çempionlar Liqasının yarımfinalı, bir də ÇL-in 1/4 finalındakı oyun, hansı ki, Kafunun ötürməsindən sonra qol vurmuşdum.
- Son illərdə “Milan” və “İnter” arasındakı oyunlar elə də cəlbedici olmur...
Tassotti: Hər iki klubda son illər çox dəyişiklikər olub və bunun üçün vaxta ehtiyac var ki, top səviyyəyə qayıtsınlar. Yeni “Milan” rəhbərliyi çox böyük işlər görür. Böyük transfer kampaniyası keçirməklə onlar azarkeşlərin inamını geri qaytarmağı bacarıblar.
Şevçenko: Hazırda “Milan”da rəqabətədavamlı komanda yaradırlar ki, azarkeşləri sevindirsinlər.
- Andrey, niyə siz Tassottini öz köməkçiniz seçdiniz?
- Onun böyük təcrübəsi və savadı, həm də bizim çox yaxşı münasibətlərimiz var. “Milan” həqiqətən bir ailə idi və çox futbol barədə danışıqlarımız olurdu. Biz həm mübahisə edir, həm də müzakirə edirik. İtaliyadakı məşqlərdən taktiki və metodologiya cəhətdən çox şeylər öyrəndim.
- Mauro, bəs siz niyə görə Şevanın təklifini qəbul etdiniz?
- Ölkədən kənarda milli komanda da çalışmaq məni çox cəlb edirdi. Dostum Şeva ilə birgə çalışmaq ideayası çox xoşuma gəldi. Çox inanıram ki, birlikdə komandanı Avropa çempionatına çıxarmağa nail olacağıq.
- Tassotti ideal köməkçidi. Bəs o, “Milan”da çalışdığı bütün məşqçiləri sözlə necə ifadə edər?
- Mən belə hesab etmirəm. Sadəcə o insanam ki, bəyəndiyim işi edirəm.
Ançelotti - mehriban və hamı ilə münasibətləri düzgün qurmağı bacaran biri. Mən oxudum ki, o, “Bavariya”da bəzi futbolçularla mübahisə edib. Axı mümkün deyil.
Leonardo - çox ehtiraslı və emosiyalarla yaşayan biri. O yenidən Türkiyəyə qayıdıb çalışmaq istədi, çünki bunu etməyi çox sevir.
Alleqri - bacarıqlı və oyunu oxumağı çox gözəl bacarır. Onunla bizim çox yaxşı iş birliyimiz alınırdı, amma heç sirr də deyil ki, Zeedorfla bu, elə də yaxşı alınmırdı. Amma bunu müharibə də adlandırmazdım. Futbolçu kimi ona çox böyük dəyər verirdim, amma məşqçi kimi məncə vaxta ehtiyacı var.
Filipo İnzagi - emosional və futbol barədə hər şeyi bilən biri. Milan`dan sonra O Lega Pro`ya yollandı və bu çox yaxşı addımdır, hansı ki, çoxlarının bunu etməsi də yaxşı olardı.
- Andrey, “Milan”dan hansı xüsusiyyətlərin Ukrayna millisində də olmasını istərdiniz?
- Öz gücünü diqtə etmək və oyunu oxumaq bacarığı. “Milan”da bu, möhtəşəm alınırdı.
- Milan derbisi onunla əlamətdardır ki...
Tassotti: Çünki bu, bir bayramdır, tiffozilər bir yerdə futbola yollanırlar. Bu, çox az baş verən bir haldır.
Şevçenko: Çünki bu xüsusi emosiyalarla yadda qalan bir oyundur. Çox vaxt futbolçular derbini adi oyun kimi xatırlayır, amma hamı da bilir ki, əslində, bu, belə deyil.
- Şəhərin meri Salanın stadionu hər iki klub üçün 2 bərabər zonaya ayırmaq ideyasına münasibətiniz necədir?
Tassotti: Bəzən eşidirəm ki, yeni stadionun inşası onun rekonstruksiyasından daha asandır. Amma məncə, bütün “Milan”lılar “San Siro”ya çox bağlıdırlar.
Şevçenko: Bu stadion fantastik tarixə sahibdir. Evi tərk etmək çox da asan deyil...
- Hazırkı “Milan”da həlledici futbolçu kimdir?
Şevçenko:Komanda hələ indi qurulur və liderin müəyyən olunması üçün vaxt lazımdır. Həmçinin, məşqçiyə də vaxt vermək gərəkdir.
- “İnter”in əsas futbolçusu kimdir?
Şevçenko: İkardi. kapitan, lider və möhtəşəm hücumçu. O, çox xoşuma gəlir.
- Mauro, nə vaxtsa, yenidən “Milan”a qayıtmaq istərdin?
- “Milan” nəinki orada çıxış edən futbolçular, həmçinin orada işləyənlər üçün də xüsusi klubdur. Böyük məmnuniyyətlə qayıdardım, amma orada təklif ediləcək işdən çox asılı olacaq bu qərar.
- Andrey, özünüzü “Milan”da məşqçi kimi görürüsüz?
- Mənim işim var və o, çox xoşuma gəlir. İşimə çox köklənmişəm və istəyirəm ki, Ukrayna millisi daha da güclü olsun, Avropa çempionatına yollanaq. Mənim gələcəyim budur.
- Mauro, Şeva necə məşqçidir?
Hazırda o düşünməlidir ki, həqiqətən uzun illər məşqçi kimi çalışmaq istəyir, ya yox. Millidə çalışmaq klubla çalışmaqdan asandır. Belə ki, burada futbolçular əsas heyətə düşməməyi rahat qəbul edirlər. Amma bir tərəfdən məşqçinin oyuna hazırlaşması və ideyasını aşılaması üçün çox az zamanı olur. Əgər Şeva həqiqətən qəbul edərsə ki, bu, onun yoludur. O halda onun uğurlu olacağına heç bir şübhəm yoxdur.
- Spaletti və Montella: kimin layihəsi hazırda öndədir?
Tassotti: “İnter”in ötən mövsümdən güclü heyəti olub. Amma hələ də başa düşmürəm ki, onlar nəyə görə belə zəif çıxış edirdi. Spaletti böyük təcrübəyə sahib biridir və sözsüz ki, o komandanı daha da möhkəm etməyi bacarıb. Hazırda “İnter”in “Milan” üzərində az da olsa üstünlüyü var. Buna səbəb də fikrimcə, heyətin əvvəldən daha yaxşı olmasıdır.
Şevçenko: Hər iki klub top səviyyəyə qayıdacaq, amma onlar hələ yolun başlanğıcındadırlar. Bu derbi həm “Milan”ı, həm də “İnter”i çox motivasiya edəcək. Onlar üçün vacib olan ÇL-ə yollanmaqdır.
Tərcümə etdi: FUAD ŞƏRİF
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin oyununda dava
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- DÇ-2026: Fransa yarımfinalda
- Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
- "Neftçi"dən böyük hesablı qələbə
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- Tahir Gözel: “Bu, Qurban hocanın da arzusu idi, amma alınmırdı...”
- Nuriyev Macarıstan klubunda
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
- “Zirə”də gözlənilməz ayrılıq
-
18:31
Kluyvertin oğlu “Barselona”da debüt etdi
-
18:15
"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verib
-
17:57
Zamiq Əliyev yenidən klubunun düşərgəsində
-
17:22
Azərbaycan atıcısı Avropa çempionatının finalına yüksəlib
-
17:00
“Kəpəz” moldovalı yarımmüdafiəçi transfer edib
-
16:43
Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
-
16:16
“Gəncə”dən yeni transfer
-
15:58
I Liqada 2026/2027 mövsümünün püşkü atıldı VİDEO
-
15:24
Yunuszadə Türkiyə klubunda
-
15:01
II Liqa klubunda yeni qapıçı
-
14:39
"Karvan-Yevlax" iki futbolçu ilə vidalaşıb
-
14:15
Bakıda dünya çempionatında AMADA-nın maarifləndirmə proqramı keçirilib
-
13:52
Qusarda 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasına start verilib
-
13:27
Xuraman Alimovanın yeni klubu bilindi
-
13:00
"Fiorentina" "Yuventus"un müdafiəçisini icarəyə götürdü
-
12:43
Ronaldo Azərbaycan klubundan ayrıldı
-
12:06
“Ayaks” Ter Ştegeni heyətinə qatdı
-
11:38
Miron Markeviç: "Qarabağ" mütləq məğlub etməli olduğumuz rəqibdir"
-
11:14
Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
-
10:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:29
"Real"ın hücumçusu İngiltərə klubunda
-
10:05
ABŞ klubu Axundzadənin müqaviləsindəki detalları açıqladı
-
09:47
“Yuventus” müdafiəçi transfer edir
-
00:32
Nəriman Axundzadə Türkiyə klubuna keçir
-
21:40
"Neftçi" ölkə çempionatının hazırlığına start verdi FOTOLENT
-
20:24
Şeydayevin yeni klubu müəyyənləşdi
-
20:09
"Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
-
19:52
Yardımlıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək
-
18:36
"Neftçi"də yunan baş məşqçi vəzifəsinə təyin edib
-
18:17
Azərbaycan velosipedçisi Çində uğurlu nəticə göstərib
-
17:43
“Sumqayıt”da braziliyalı hücumçu
-
16:55
“Səbail” Rahid Əmirquliyevi transfer etdi
-
16:28
Konfrans Liqası: “Qarabağ”ın potensial rəqibi bilindi
-
16:21
“Zirə”də gözlənilməz ayrılıq
-
16:00
Lukaku “Napoli”ni tərk etməyə hazırlaşır
-
15:34
"Turan" Cənubi Koreya millisinin üzvünü heyətinə qatıb
-
15:19
“Milan” “Fənərbağça”nın təklifini geri çevirdi
-
15:02
Voleybol millimiz Latviya və Belarus ilə qarşılaşacaq
-
14:46
ÇL-də pley-offun püşkü atıldı
-
13:57
Azərbaycanın yeniyetmə boksçuları Şamaxıda toplanışa başlayıb
-
13:23
Avropa Kubokunda 13 cüdoçumuz iştirak edəcək
-
12:35
“Sevilya” “Real”ın qapıçısını transfer etdi
-
12:12
Ehtiram Quliyev Bakıda Aziz Yıldırımla görüşdü FOTOLENT
-
11:48
“Barselona” Rodri üçün 50 milyon avro ödəməyə hazırdır
-
11:29
Pakistan yığmasının kapitanı "Qarabağ"da
-
11:04
Roman Salenko: “Qarabağ” keyfiyyətli futbol nümayiş etdirir”
-
10:31
"Qalatasaray" - "Renn" matçında 6 qol VİDEO
-
09:56
Krivotsyukun komandasından qələbə
-
09:42
Argentina millisinin üzvü "Çelsi"də
-
09:27
Mahirin qolu xal qazanmaq üçün yetmədi
04.08.2026
03.08.2026
























