5 May 2026, Çərşənbə axşamı
"Neftçi"nin şikayəti təmin edilmədi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”
“Zirə" "Qəbələ"yə qalib gəldi

Xarici futbol

Cerrard baş məşqçini dəyərləndirdi

Stiven Cerrard “Liverpul”un cari mövsümdəki çıxışını dəyərləndirib. 
 
Futbolxeber.az-ın məlumatına görə, veteran futbolçu “Qırmızılar”ın cari mövsüm uğurlu nəticə qazanmağa qadir olduğunu söyləyib: “Turnir cədvəli yalan danışmır. “Liverpul” indi yüksək yerlərdə deyil. Buna baxmayaraq, komandanın sərgilədiyi oyunu bəyənirəm. Yurgen Kloppa heyranam. Düşünürəm ki, o, “Liverpul”u yalnız irəli aparır. Hiss olunur ki, Yurgen də baş verənlərdən razı deyil. 
Unutmayaq ki, “Liverpul” cəmi 7 oyun keçirib. Qarşıda hələ uzun mövsüm var. Kloppa inamım sonsuzdur. Əminəm ki, onun rəhbərliyi altında komanda tezliklə irəli gedəcək”. 
 
Qeyd edək ki, Premyer Liqada 7 turdan sonra aktivində 12 xal olan “Liverpul” yeddinci pillədə qərarlaşıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31