22 Yanvar 2026, Cümə axşamı
17-ci turun hakim təyinatları
"Araz-Naxçıvan"da yeni məşqçi
Millimizin üzvü "Səbail"lə anlaşdı
Zubir: “10 xal inanılmaz göstəricidir”

Xarici futbol

Françesko Totti Bakıya gəlməyəcək

"Roma"nın əfsanəsi Françesko Totti Bakıya gəlməyəcək.
 
Futbolxeber.az-ın məlumatına görə, buna səbəb komandanın sabiq kapitanının doğum gününün oyun gününə təsadüf etməsi olub.
 
41 yaşını qeyd etməyə hazıralaşan Totti bunu Gürcüstanda keçirməyi planlaşdırır. Totti Tiflisə "Milan"ın keçmiş müdafiəçisi Kaxa Kaladzenin təklifi ilə yollanacaq. Qonşu ölkədə İtaliya və Gürcüstan veteranları arasıda yoldaşlıq matçı da keçiriləcək. Maldini, Boban, Puyol, Şevçenko, Rivaldo, Albertini, Abbiati, Oddo, Kostakurta, Krespo, Luka Toni kimi futbolçular da Tiflisə yollanacaq. Qonaqlar arasında "Milan"ın keçmiş sahibi  Silvio Berluskoninin də olacağı bildirilir.
 
Qeyd edək ki,  Bakı Olimpiya stadionunda keçiriləcək "Qarabağ" - Roma" oyunu sentyabrın 27-i saat 20:00-da başlayacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31