3 Noyabr 2025, Bazar ertəsi
Abubakar son 6 ilin ilkinə imza atdı
Saşa İliç qələbəni şərh etdi
Berdıyev: “Qələbəyə layiq idik”
161 gün sonra yenidən Tovuzda

Xarici futbol

"Qalatasaray"dan yeni transfer: razılıq əldə olundu

Növbəti mövsüm üçün transfer çalışamalarını davam etdirən Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirmək üzrədir. Futbolxeber.az-ın məlumatına görə, “sarı-qırmızılar” mərakeşli futbolçu Yunus Belhanda ilə anlaşıb.
 
Türkiyə mətbuatında bildirilib ki, İstanbul nəhəngi artıq 27 yaşlı yarımmüdafiəçi və klubu “Dinamo” (Kiyev, Ukrayna) ilə razılığa gəlib. Bu keçid üçün qarşı tərəfə 8 milyon avro ödəyəcək “aslanlar” futbolçuya isə illik 3 milyon avro maaş ödəyəcək. Tərəflərin yaxın günlərdə 4 illik rəsmi müqavilə imzalayacağı deyilir.
 
Qeyd edək ki, ötən mövsüm icarə əsasında “Nitsa”da (Fransa) çıxış edən Mərakeş millisinin üzvü 3 qol, 7 məhsuldar ötrmə ilə yadda qalıb.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30