12 Avqust 2026, Çərşənbə
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da

Xarici futbol

“Barselona” möcüzəni reallaşdırdı, “Borussiya” Dortmunda sevindi

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab qarşılaşmaları davam edir. Futbolxeber.az-ın məlumatına görə, ikinci oyun günündə daha iki görüş baş tutub. 
 
Azərbaycanlı futbolsevərlərin maraqla gözlədiyi oyunlardan biri İspaniyada keçirilib. Ölkəmizdə xeyli sayda azarkeşi olan “Barselona” doğma meydanda Fransa təmsilçisi PSJ ilə üz-üzə gəlib. İlk matçda (0:4) məğlub olan katalonlar evdə 6:1 hesabı ilə qələbə qazanaraq 1/4 final mərhələsinə adlayıb.
 
Dortmund “Borussiya”sı isə öz meydanında “Benfika” ilə qarşılaşıb. İlk matçda 0:1 hesabı ilə uduzan almanlar rəqibini evdə 4 cavabsız qolla üstələyərək mərhələ adlayıb.
 
Çempionlar Liqası
1/8 final, cavab oyunları
8 mart
 
“Barselona” (İspaniya) – PSJ (Fransa) - 6:1
Qollar: L. Suares, 3; L. Kurzava, 40 (öz qapısına); L. Messi, 50; Neymar, 88, 90+1 (pen.); S. Roberto, 90+5 - E. Kavani, 62
İlk oyun: 0:4
 
“Borussiya” (Dortmund, Almaniya) – “Benfika” (Portuqaliya) - 4:0
Qollar: P. Aubameyanq, , 61, 85; K, Pulisiç, 59
İlk oyun: 0:1
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31