18 Iyun 2026, Cümə axşamı
"Qarabağ"dan daha bir transfer
ÇL: "Sabah"ın püşkdə yenə bəxti gətirdi
Cəlal Rumıniya klubunda
Sadıqov püşkü dəyərləndirdi

Xarici futbol

Akinfeyev antirekordunu yenilədi

“Bayer Leverkuzen”in hücumçusu Admir Mehmedi ÇSKA-ilə oyunun 9-cu dəqiqəsində hesabı açıb. Futbolxeber.az saytının məlumatına görə, Moskva klubunun qapıçısı İqor Akinfeyev qitənin 1 nömrəli klub yarışında ardıcıl 34-cü oyunda qol buraxmaqla antirekordunu yeniləyib.

Rusiyalı qolkiper 3 mövsüm əvvəl “Viktoriya Plzen”lə matçda qapısında qol görməklə uğursuz seriyanı 17-yə çatdırmış və bununla da antirekorda imza atmışdı. Ardıcıl 3 mövsümdür ki, Akinfeyev hər oyunda qol buraxmaqla uğursuz göstəricisini yeniləyir.

Qeyd edək ki, “hərbçilər”in qapıçısı ÇL-də sonuncu dəfə 2006-cı ilin 1 noyabrında “Emireyts”də “Arsenal”a qarşı baş tutan görüşdə qapısını toxunulmaz saxlamağa müvəffəq olub. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30