1 Oktyabr 2026, Cümə axşamı
U-21 millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi

Xarici futbol

“Marca”: Dünyanın ən bahalı futbolçusu Beyl yox, Ronaldodu!

Hazırda dünyanın ən bahalı futboçusu Qaret Beyl yox, Kriştianu Ronaldodu. Futbolxeber.az-ın məlumatına görə, belə bir iddia ilə Marca” çıxış edib. Ispan həmkarlarımızın yazdığına görə, bir müddət əvvəl Qaret Beylin “Real”a keçidinin bəzi detalları məlum olub. Sözləşməyə əsasən, “Kral klubu” uelsli  futbolçu üçün “Tottenhem”ə 100 milyon avro (99 743 542) ödəyir ki, həmin məbləğ hissələrə ayrılıb. Sonuncu hissə qarşıdakı günlərdə “Tottenhem” in hesabına keçəcək.

Rəsmi olaraq “Real” Kriştianu Ronaldoya görə “Real”a 97 milyon avro ödəyib və bu məbləğ 3 hissəyə bölünüb. Lakin keçidi rəsmiləşdirmək üçün Madrid təmsilçisi kredit götürüb. Bu isə o deməkdir ki, faizlərlə birgə Ronaldonun keçidi üçün “Real” 104,7 milyon avro xərcləyib. Məhz bu məqamı nəzərə alan “Marca”, ən bahalı transfer kimi Beylin yox, Ronaldonun keçidini göstərir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31