Xarici futbol
Artur Vidal: “Əvvəl təhqir edirlər, sonra da deyirlər gəl, bizim komandada oyna”

Cari mövsümdə “Yuventus” növbəti dəfə İtaliya çempionu oldu. Komanda rəsmən 29-cu, turinlilərin iddiasına görə isə 31-ci dəfə “A” seriyasının qalibi oldu. Komandanın bu uğurunda bir çoxlarının adını çəkmək olar. Kimisi komandanın baş məşqçisi Antonio Kontenin, kimisi qapıçı Canluici Buffonun, bir başqası da Andrea Pirlonun adını çəkə bilər. Amma bir futbolçu var ki, o öz oyunu ilə hər kəsin rəğbətini qazanmağı bacardı. Söhbət Arturo Vidaldan gedir. Təsadüfi deyil ki, “Yuventus”un azarkeşləri mövsümün ən yaxşı futbolçusu kimi məhz çilili yarımmüdafiəçinin adını çəkdilər.
- Komandanız növbəti dəfə İtaliya çempionu oldu. Çempionluq mərasimi çox yüksək səviyyədə təşkil olundu və həmin anlarda siz çox şad görünürdünüz. O anda hansı hisslər keçirirdiniz?
- Bu, inanılmaz dəqiqələr idi. Sevincimizin həddi-hüdudu yox idi. Bu cür sevincli anlarda insan çəkdiyi əziyyəti, il ərzində gördüyü işləri, ağır məşqləri xatırlayır. Çox sevinsək də, bunun asan başa gəlmədiyini bilirdik. Çünki istəyimizə çatmaq üçün böyük yol qət etdik. Çox çətin günlərimiz oldu. Amma hər nə qədər çətinliklə üzləşsək də, sonda istədiyimizə çatdıq.
- Çətin anlardan söz açdın. Bu cür məqamlardan hansını xatırlaya bilərsən?
- Çətinliklərimiz oldu. Amma xoşbəxtlikdən elə anların sayı o qədər də çox deyildi. Ağlıma ilk olaraq “Cenoa” ilə oyun gəlir. Həmin görüşdə biz çox mühüm 2 xal itirdik. Nəticədə də “Napoli” bizimlə xal fərqini azaltdı. Halbuki həmin görüşdə qələbə bizə çox lazım idi. Elə düşünməyin ki, biz “Napoli”dən qorxurduq. Əsla, sadəcə olaraq biz “Cenoa” ilə matçda qələbə qazanmalıydıq. Həmin xal itkisi bizə çox pis təsir etmişdi.
- Skudetto ilə maraqlı bir şəkliniz qəzetlərin manşetini bəzədi. Həmin fotoya baxarkən belə təəssürat yaranırdı ki, sanki kuboku özünüzlə birgə evə aparacaqsınız...
- Bəli, şəkilə baxanda belə düşünmək olar. Amma əslində mən həmin anda kuboku azarkeşlərə tərəf aparırdım. Üzümü bütün fanatlara tutaraq, belə dedim - “kubok sizindir! Siz bu mükafata layiqsiniz”.
- Ümumiyyətlə, cari mövsümdə tez-tez fanatlarla ünsiyyətdə olurdunuz. Bu nədən irəli gəlirdi?
- Onlar mənim ürəyaçıqlığıma bələddirlər. Azarkeşlərimiz meydanda nə etmək istədiyimi bilirdilər. Hər bir fanat bilir ki, mən “Yuventus”un heyətində meydana çıxarkən, ürəyimi ortaya qoyuram.
- Amma sizin mümkün gedişiniz haqda yayılan xəbərlər azarkeşlərin narahatlığına səbəb olub. Xüsusən də adınızın “Bavariya” ilə yanaşı hallanması fanatları narahat edir. Bəlkə onları sakitləşdirəsiniz?
- Mən “Yuventus”da çox xoşbəxtəm. Burada hər şey məni qane edir. Komandamı dəyişmək haqda heç düşünmürəm də. Əsas fikrim “Yuventus”un uğur qazanmasıdır. Təbii ki, futbolda gələcəkdə nələrin baş verəcəyini proqnozlaşdırmaq mümkün deyil. Amma bir daha təkrar edirəm ki, mən Turində özümü əla hiss edirəm.
- Deyilənə görə, sizi Turində 3 nəfər saxlaya bilər. Konte və Marottidən başqa bu, sizin həyat yoldaşınızdır. Bu, nə dərəcədə doğrudur?
- Həqiqətən də belədir (gülür). Həyat yoldaşım və oğlum Alonso. Burada biz xoşbəxt yaşamaq üçün lazım olan hər şeyi tapmışıq. Nə mənim, nə də ailəmin buradakı mühitdən narazılığı var. Sözün açığı, Çili üçün heç darıxmırıq da. Buradakı mühit Almaniyadan qat-qat yaxşıdır.
- “Torino” ilə oyundan dərhal sonra dedin ki, həmin görüşdə vurduğun qol İtaliyadakı karyeranda ən mühümüdür. İsti-isti insan həmişə iddalı açıqlamalar verir. İndi də bu fikrində qalırsan?
- Fikrimi dəyişməmişəm. Həmin görüş çox çətin keçdi. Adı üstündə, derbi idi. Həm də “Torino”nu məğlub etməyimiz Skudettonu qazanmaq baxımından mühüm əhəmiyyət kəsb edirdi. Həmin oyunu həyat yoldaşım, oğlum, anam, eləcə də Çilidə gəlmiş dostlarım canlı olaraq tribunadan izləyirdilər. Anam Çilidə yaşayır və vaxtının böyük hissəsini ailəmizin ən kiçiyi olan bacıma həsr edir. Buna görə də o mənim qollarımı canlı olaraq nadir hallarda görür.
- Həmin qolu vurarkən beynindən hansı fikirlər keçdi?
- Bunu təsvir etmək olduqca çətindir. Bu, yüksəkdərəcəli adrenalin idi. Həmin anda beynimdə heç bir fikir yox idi. Yalnız sevinirdim, çox xoşbəxtim idim. Sanki daxilimdə bomba partlamışdı. Həmin anda insanların üstünə qaçıb, hər kəsi qucaqlamaq istəyirdim.
- Çempion olduqdan sonra Konte ilə bir-birinizə sarıldığınız an da jurnalistlərin gözündən yayınmamışdı. Həmin anı necə xatırlayırsan?
- Hə, hə, həmin an yadımdadır. Əla foto alındı. Konte bizi necə yönləndirmək lazım olduğunu yaxşı bilir. Buna görə də hər kəsdən çox onun sevinməyə, qururlanmağa haqqı var.
- Ümumiyyətlə, onunla münasibətləriniz necədir?
- Əla. Biz “Yuventus”da eyni vaxtda peyda olmuşuq. Elə ilk gündən Kontenin necə yaxşı bir məşqçi olduğunu başa düşdüm. O qeyri-adi insan və məşqçidir. Onun iş prinsipi mənə çox təsir etdi. Konte demək olar ki. futbolda hər şeyi bilir.
- Hansı mənada?
- Futbolu gözəl anlayır. Futbol, komanda, bizim hər birimiz haqda bütün informasiyalara malikdir. Rəqiblərimiz haqda da xırda detalları kimi ətraflı məlumat toplayır. Hər oyundan öncə diqqətlə kimin necə oynamalı olduğunu başa salır. Onun beynində hər zaman ideyalar bol olur. Hər bir çətin vəziyyətdən çıxmaq üçün ikinci planı var. Keçmişdə onun qədər zəngin ideyaya məxsus insana rast gəlməmişəm.
- Bir müddət Konte oyunları kənardan izləyirdi. Ehtiyat oyunçular skamyasından isə göstərişləri sizə Karrera verirdi. Həmin dövr komanda üçün çətin alındı?
- Həqiqətən də Konte olmadığına görə, həmin vaxt çətin anlar yaşadıq. Amma Karreranın haqqını yemək olmaz. O, öz işinin öhdəsindən layiqincə gəldi. Üzərinə düşəni artıqlamasıyla etdi. Karrera da əsl aslandır və vəziyyəti düzgün qiymətləndirməyi bacarırdı. Onunla da münasibətlərim əladır. Birgə xeyli vaxt keçiririk. Bilirəm ki, çıxışım Karreranı da qane edir. O tez-tez mənə dəyərli məsləhətlər verir.
- Komanda yoldaşın Poqba haqda hansı fikirlərdəsən?
- O əla futbolçu və yaxşı oğlandır. Poqbanın üzü hər zaman gülür. Onunla bir komandada oynamaq insana böyük zövq verir.
- Nə vaxtsa 20 yaşında olarkən Poqbadan güclü olan futbolçu görmüsən?
- Məncə, yox. Poqba yaşına görə çox irəli gedib. Onun böyük istedadı var. Allah vergisindən başqa onda böyük güc, sürət, topla əla rəftar, hücum etmək, yaxşı müdafiə olunmaq, eləcə də qüvvətli zərbə endirmək bacarığı var. Poqba gələcəkdə daha yüksək səviyyəyə çatması üçün hər bir imkana malikdir. O gələcəkdə komandanın əsl lideri ola bilər.
- İlk oyunda Münhendə məğlub olduqdan sonra cavab görüşündə istədiyiniz nəticəni qazanacağınıza ümid edirdiniz?
- Əlbəttə. Biz hər zaman, sona kimi buna inanırdıq. Lakin istəyimiz baş tutmadı. Cavab oyunundan sonra ikinci 90 dəqiqəni diqqətlə analiz etdik və əmin olduq ki, rəqib həqiqətən də bizdən güclü idi.
- “Yuventus”la Çempionlar Liqasının finalında üz-üzə gələcək 2 alman klubu arasında hansı fərq var?
- Bu suala dəqiq cavab vermək mənim üçün mətindir. Lakin hesab edirəm ki, biz “Borussiya” ilə qarşılaşsaydıq, onları keçərdik. “Bavariya” ilə aramızda gündə fərq çox böyükdür. Münhenlilər dayanmadan inkişaf edirlər. Komandanın son 4 ildə 3 dəfə Çempionlar Liqasının finalına yüksəlməsi dediklərinə sübutdur.
- “Bavariya”nın hazırki heyəti qurularkən son Almaniyadaydın. Necə düşünürsən, indiki “Yuventus” 4-5 il əvvəlki “Bavariya”nı xatırladır?
- Hesab edirəm ki, “Bavariya”nın keçdiyi yolu “Yuventus” da təkrarlaya bilər. Amma indiki “Yuventus”u həmin vaxtdakı Münhen klubundan daha güclü sayıram. Biz hazırki “Bavariya”dan da irəli gedə bilərik. Buna heç şübhəniz olmasın.
- Yarımmüdafiəçi komandanın ən yaxşı bombardiridir. Bu, bir qədər qəribə deyilmi?
- Mən də belə düşünürəm. Amma bizim oyun tərzimiz buna səbəb olur. Buna görə hücumçuları günahlndırmaq yersizdir. Əgər mən, ya da Markizio fərqlənirsə, deməli Matri, Kvaryarealla və başqa hücumçular özlərini bizim uğrumuzda qurban veriblər.
- “Yuventus”un ilk transferi Lorento oldu. Onunla tanışsan?
- Lorentonun oyununa baxmışam. Əla hücumçudur. Fiziki cəhətdən güclü, həmçinin texnikalı oyunçudur.
- O oyun tərzinə görə hansı italyan hücumçuya bənzəyir?
- İtaliyada beləsi yoxdur. Deyərdim ki, Lorento İbrahimoviç kimi oynayır. Çox güclüdür və topla necə davranmalı olduğunu gözəl bilir.
- Səndən fərqli olaraq, digər çilili İsla bu mövsüm ondan gözləniləni verə bilmədi.
- Dayanın, dayanın! Cari mövsümdə gördüyünüz həqiqi İsla deyil. Ötən mövsüm aldığı ciddi zədə onun oyununa böyük təsir göstərdi. Amma gələn il özünüz də görəcəksiniz ki, meydanda tam fərqli İsla olacaq. Buna əminəm.
- “Yuventus”un paltardəyişmə otağında ən dəlisov futbolçu kimdir?
- Birinci Simonedir (Pepe-Ş.Z). Daha sonra isə Matri və öz adımı çəkə bilərəm.
- “Stemford Bric”də “Çelsi” ilə görüşdə meydana çıxmağınız da birmənalı qarşılanmadı. Axı, həmin vaxt siz zədəliydiniz. Buna görə də çoxları sizin meydana çıxmağınızı ağılsızlıq adlandırdı. Buna baxmayaraq, rəqib qapısından qol keçirməyi dfə bacardınız...
- Həmin görüş Çempionlar Liqasının oyunu idi. Bu cür mühüm oyunda mütləq meydana çıxmalı, komandamın yanında olmalıydım. Karyeram ərzində ağrılara qarşı mübarizə aparmağı öyrənmişəm. Bunu gücümün hesabına bacarıram. Bəlkə də bunun təhlükəli olduğunu deyənlər haqlıdırlar. Lakin mən dərhal təslim olanlardan deyiləm. Həkimlər də bunu yaxşı bilirlər.
- Oyunlardan öncə sizi hər zaman qulağcıqda görürük. “Vidal radiosu”nda hansı musiqilər səslənir?
- Əsasən Çili musiqisinə üstünlük verirəm. “Pleylist”im hər zaman öncədən hazır olur. Amma stadiona yollanarkən fikrim hər zaman oyunun yanında olur. Heç nə motivasiyamı poza bilməz.
- Həmin anlarda beynindən hansı hisslər keçir?
- Mən çox şey haqda düşünürəm. Əsasən də nə etməli olduğumu.
- 2011-ci ilin iyulunda sən “Yuventus”un futbolçusu kimi ictimaiyyətə təqdim olundun. İnanırdın ki, 2 ildən sonra Skudettoya sahib çıxacaqsan?
- Buna inanırdım. Tam səmimi deyirəm. “Yuventus”u ona görə seçdim ki, bu klubda ciddi uğurlar qazanacağıma inanırdım.
- 2 il ərzində Turində sizi ən çox nə təəccübləndirdi?
- Digər komandaların azarkeşləri. Onlar məni küçədə görərkən əvvəlcə təhqir edirlər, sonra isə deyirlər ki, gəl, bizim komandamızda oyna.
- Belə anlarda hansı cavabı verirsiniz?
- Deyirəm ki, mən “Yuventus”da çox xoşbəxtəm.
Hazırladı: Şahin ZÜLFÜQAROV

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-da dəyişiklik: Departament rəhbərinin müqaviləsi yenilənmədi
- UEFA “Qarabağ”ın “Ferentsvaroş”la oyunlarının vaxtını açıqladı
- “Şelburn” - “Qarabağ” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- “Neftçi”nin Polşadakı düşərgəsinə yeni legioner qoşuldu
- Zaur Axundov: “Sevinirik, lakin hələ heç nə bitməyib”
- “Aris” - “Araz-Naxçıvan” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- Çarls Boli: “Kiprə qələbə üçün yollanacağıq”
- “Şkendiya”nın baş məşqçisi: “Qarabağ”a mütləq hörmətlə yanaşmalıyıq”
- Elxan Məmmədov “Araz-Naxçıvan”ın qələbəsinə şahidlik etdi
- Azərbaycan Premyer Liqasında ilk turun hakim təyinatları açıqlandı
- Elmar Baxşıyev: "Günü-gündən yaxşılığa doğru gedirik"
- “Araz-Naxçıvan”ın “Omoniya” ilə oyunlarının vaxtı bilindi
- “Ferensvaroş” “Qarabağ”la oyundan öncə uduzdu
- Yaşar Seyidov: “Elə problemlər yaradırlar ki, heç şeytanın da ağlına gəlməz”
- Rüfət Abdullazadənin menecerindən Firuz Abdullaya minnətdarlıq
-
11:27
Azərbaycan Premyer Liqasından 10 ildən sonra ilk yaşandı
-
11:14
Mbappe "Real"a qələbə qazandırdı VİDEO
-
11:00
Tiaqo Silva təxribata əl atdığını düşünmür: “Bu, mənim adətimdir”
-
10:45
Çempionlar Liqası: "Qarabağ" üç göstəricidə liderdir
-
10:33
Azərbaycan basketbolunda ilk
-
10:19
UEFA reytinqi: "Qarabağ" Azərbaycanın xal ehtiyatını artırdı
-
10:06
AFFA prezidenti: "Qarabağ"ın ÇL-də əsas mərhələyə vəsiqəni təmin edəcəyinə inanıram"
-
09:48
"Qarabağ"ın Budapeşt zəfəri VİDEO
-
09:12
Tahir Gözel: “Qələbədən çox bunu necə əldə etmək önəmlidir”
-
02:21
Robbi Kin: "Qarabağ"ın artıq qalib gəldiyini düşünməsi bizə motivasiya verir"
-
01:37
Qurban Qurbanovdan qələbə şərhi
-
00:54
“Qarabağ” “Ferensvaroş”a qalib gəldi
-
23:31
Zirədə vurulan iki qol VİDEO
-
22:45
“Bir xal da bizim üçün xeyirlidir”
-
22:26
“Oyunçularım yaxşı ustalıq göstərdilər”
-
21:50
“Zirə” - “Araz-Naxçıvan” oyununda qalib aşkarlanmadı
-
17:19
Azərbaycan çempionatında iştirak edəcək komandalar açıqlanıb
-
16:52
Rüstəm Əhmədzadə: “Ümid edirəm ki, bu mövsüm təkcə “Kəpəz”ə qol vurmayacam”
-
16:03
İsveçli yarımmüdafiəçi: “Qarabağ”la oyunun asan keçəcəyini gözləmirik”
-
15:48
AFFA yerli futbolçuların meydana çıxmasına görə klublara veriləcək mükafatı açıqlayıb
-
15:24
U-16 basketbol millimiz Avropa çempionatında mübarizə aparacaq
-
14:51
Azərbaycanlı qapıçı Albaniya klubunda
-
14:17
"Milan"ın futbolçusu “Lids”ə keçir
-
13:35
“Ferensvaroş”un sabiq futbolçusu: “Qarabağ” əla komandadır”
-
12:46
Cordan Rezabala: “Azərbaycanın ən yaxşı və ən böyük klubuna gəlmişəm”
-
12:09
Azərbaycan - Ukrayna oyununun biletləri satışa çıxarılıb
-
11:52
23 yaşlı futbolçu üçün 23 milyon avro
-
11:23
"Abşeron Lions”dan növbəti transfer
-
10:18
“Turan Tovuz”un yeni qapıçısı: “Çempionluq yox, növbəti oyun barədə düşünürük”
-
09:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
18:28
Anatoli Banişevskinin ailəsi “Neftçi”nin qonağı oldu
-
18:00
Robbi Kin: “Ferensvaroş”la “Qarabağ”ın gücü bərabərdir”
-
17:46
Tahir Gözel Budapeştə yollanıb
-
17:12
Qurban Qurbanov: “Şans 50-50-yədir, amma istəyimiz çoxdur”
-
16:35
“Sumqayıt” akademiyasının yetirməsi Premyer Liqada debüt etdi
-
16:01
"Qarabağ" Macarıstandadır
-
15:43
Yeniyetmə şahmatçılar üçün "ustad dərsləri" təşkil edilib
-
15:28
“Turan Tovuz” “Valyadolid”in müdafiəçisini transfer etdi
-
15:14
Andrey Şevçenko Bakıya gəlir
-
14:59
"Milan"ın sabiq kapitanı Yunanıstan klubunda
-
14:37
Macarıstandan 1 qızıl və 3 bürünc medal
-
14:00
Falaye Sako: “Neftçi”də əsas hədəfim çempionluqdur”
-
13:46
Azərbaycan cüdoçusu İspaniya Kubokunda bürünc medal qazanıb
-
13:22
Boks millimiz dünya çempionatına hazırlığı Qoridə davam etdirəcək
-
13:05
Azərbaycanlı basketbolçunun yeni klubu müəyyənləşib
-
12:53
Vitinya PSJ-yə qələbə qazandırdı VİDEO
-
12:31
PFL prezidenti: “Qarabağ”a çox inanıram”
-
12:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:49
"Milan" 2 qolla mərhələ adladı VİDEO
-
11:28
"Kəpəz" 60-cı dəfə böyük hesabla məğlub olub
20.08.2025
19.08.2025
18.08.2025













