1 Avqust 2026, Şənbə
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu
“Neftçi” qələbə qazansa da...

Xarici futbol

“Boka Xuniors” Libertadores kubokundan uzaqlaşdırıldı

Cənubi Amerika futbol Konfederasiyası (KONMEBOL) “Boka Xuniors”u cəzalandırıb. Futbolxeber.az-ın məlumatına görə, qəbul olunmuş qərara əsasən, Argentina təmsilçisi Libertadores kubokundan uzaqlaşdırılıb. 1/8 final mərhələsinin cavab oyununda “River Pleyt”ə qarşı baş tutan matçda yaşanan insident buna səbəb olub.

Xatırladaq ki, ilk yarısı qolsuz tamamlanan matçda azarkeşlər stadionda gözyaşardıcı qazdan istifadə ediblər. Nəticədə matç yarımçıq dayandırılıb. İlk oyun isə “River Pleyt”in 1:0 hesablı qələbəsi ilə tamamlanıb.

KONMEBOL-un qəbul etdiyi qərar əsasən, “Boka Xuniors” növbəti 4 beynəlxalq oyununu azarkeşsiz keçirəcək. Komandanın fanatları “Boka Xuniors”un növbəti 5 səfər görüşünə buraxılmayacaqlar. Üstəlik, “Boka Xuniors” 200 min dollar həcmində cərimələnib.

Bununla da, “River Pleyt” Lidertadores kubokunun 1/4 finalında “Kruzeyro” ilə qarşılaşacaq. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31