6 Fevral 2026, Cümə
"Yenə də favorit "Qarabağ"dır"
"Neftçi"də braziliyalı vinger?
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb

Xarici futbol

Nazarov oynadı, komandası Bundesliqaya bir az da yaxınlaşdı

Almaniya ikinci Bundesliqasında 30-cu turun oyunları keçirilir. Futbolxeber.az-ın məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun formasını geydiyi “Karlsrue” öz meydanında “Qroyter Fürt”ü qəbul edib. Oyuna ehtiyat oyunçular skamyasından başlayan Nazarov, meydana 84-cü dəqiqədə daxil olub. Matç “Karlsrue”nin 2:1 hesablı qələbəsi ilə tamamlanıb. Bu qələbə sayəsində Nazarovun komandası Bundesliqaya bir qədər da yaxınlaşıb. Belə ki, çempionatın sonuna 4 tur qalmış “Karlsrue” 52 xalla üçüncü pillədə qərarlaşıb. 1 oyun az keçirən “İnqolştadt” 58 xalla liderdir. İkinci pillədə qərarlaşan “Kayzerslautern”in isə 54 xalı var. Nazarovun komandası mövsümü ilk 2 pillədə başa vursa birbaşa Bundesliqaya yüksələcək. Komanda üçüncü yeri tutsa, o zaman Bundesliqaya yüksəlmək üçün pley-off oyununda qüvvəsini sınayacaq. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28