Xarici futbol
Campaolo Patsini: "Gələcəkdə jurnalistikadan başqa istənilən peşə ilə məşğul ola bilərəm"
"Milan"ın hücumçusu Campaolo Patsini "Forza Milan!" jurnalına eksklüziv müsahibə verib. Təcrübəli forvard müsahibəsində bir çox maraqlı məqamlara toxunub. Həmin müsahibəni təqdim edirik:
- Əsl hücumçu necə olmalıdır?
- Bu barədə hər hücumçunun öz fikri var. Mənim üçün ideal hücumçu odur ki, özünü komandasına qurban verir. Əs forvard taktiki cəhətdən güclü, xarizmatik olmalıdır. Əlbəttə, çoxlu qol da vurmalıdır.
- Karyeran boyu həmişə hücumçu kimi oynamısan?
- Yox. Əvvəllər bir qədər arxada, ya da cinah hücumçusu kimi forma geymişəm. Məni sırf mərkəz hücumçusu mövqeyinə Covanissami Nasionali keçirib. Bu, "Atalanta"da oynadığım vaxtlarda baş verib.
- Yaxşı yadımdadır, sən "İnter"ə keçərkən, Marko Materatsi belə demişdi: "Mən çox şadam ki, o bizimlə birgədir. O meydanda olarkən, bu, rəqib müdafiəçilər üçün əsl cəhənnəm əzabına çevrilir"...
- Bəli, mən də onun sözlərini xatırlayıram. Həmin vaxt bunu kompliment kimi qəbul etmişdim. Həqiqətən də mən heç nədən və heç kimdən qorxmuram. Meydana da döyüşmək üçün çıxıram. Amma döyüşdə qayda belədir ki, hər zaman qalib olmaq mümkün deyil. Burada qalibiyyətlər də var, məğlubiyyətlər də.
- Hücumçuların depressiyaya düşdüyü anlar tez-tez olur?
- Olur. Qol - hücumçu üçün əsl xəstəlikdir. Bu xəstəliyə qapıldınsa, vəziyyət çətinləşəcək. Qol epizodu hər hücumçu üçün adrenalindir. Bu şansı boşa verdinsə, depressiya qaçılmazdır. Belə hallarda böhran durumu qaçılmazdı.
- Amma hər hücumçu bu cür xoşagəlməz halla qarşılaşır. Məsələn, sən sağa vurursan, amma top sola gedir...
- Eh, o qədər başıma belə iş gəlib ki. Səhərdən axşama kimi oynayırsan, amma top tora daxil olmaq bilmir ki, bilmir. Sağ dirəyin yanında olursan, amma top sol ayağıva düşür, ya da əksinə. Elə olur ki, əlverişli vəziyyətdə dayanırsan, amma top yanından gəlir keçir. Amma bunun yaxşı tərəfləri də var. Belə hallarla qarşılaşdıqca hücumçu daha çox təcrübə toplayır.
- Bu cür gərginliklərin öhdəsindən gələ bilirsən?
- Zaman keçdikcə insan başa düşür ki, daha çox komanda üçün oynamalısan. Öz mənafeyin ikinci plana keçir. Əlbəttə, qol vurmaq mənim üçün çox vacibdir. Amma komandama kömək etməkdən, fayda verməkdən daha çox zövq alıram. Dediyim kimi, bu yaşla baş verən prosesdi. Halbuki gənc vaxt daha çox qol vurmağı hədəfləyirsən. Bu da yaxşı oynamağına mane olur.
- Belə başa düşdüm ki, sən bizə hücumçuların inkişaf xəttini anladırsan...
- Hə, elədir. Dediyim kimi, gənc olanda daha çox meydana çıxmağına, meydanda neçə dəqiqə keçirdiyinə, ötürməni düzgün verib-vermədiyinə, qaçırdığın şanslara daha çox önəm verirsən. Zaman keçdikcə həmçinin qazandığın titulların sayı sənin üçün böyük əhəmiyyət kəsb edir.
- Müasir futbolda İnzagi kimi karyerasının sonunacan qol vurmaq üçün alışıb-yanan forvardlar var?
- Pippo yeganə və təkrarolunmaz idi. Amma mən bu cür məqamlara fikir verməməyə çalışıram. Düşünməyin ki, qol vurub-vurmamaq vecimə deyil. Təbii ki, yox. Lakin məni fərdi uğurlarımdan çox, komandamın uğuru düşündürür.
- Karyeranın əvvəlində daha çox nə yadında qaldı?
- Demək olar ki, hər şey. Mən bütün yaşadıqlarımı xüsusi xatirə kimi qəlbimdə saxlayıram.
- Həmin illərdə ən çox nəyi sevirdin?
- İlk komandamın formasını xatirə kimi saxlayıram. Ümumiyyətlə, ilk başda hər şeyi yadigar olaraq saxlayırdım. Amma sonradan bu vərdişimdən əl çəkdim. İndi saxladığım karyeram ərzində oynadığım bütün klubların ev, səfər, eləcə də məşq formalarıdır. Həmçinin topları da çox bəyənirəm. Hrdasa 30-a yaxın topum var. Top kolleksiyam da müxtəlifdir. Burada ölkə çempiuonatının, Çempionlar Liqasının, UEFA kubokunun toplarına rast gəlmək mümkündür. Həmçinin bir neçə, mənə əziz olan butsını da qoruyub, saxlamışam.
- Saxladığın toplardan hansısa birinin önəmindən danışa bilərsən?
- Bu mövsüm "Balonya"ya qarşı keçirdiyimiz oyunu fərqləndirə bilərəm. Həmin görüşdə het-trik etdim. Həmçinin U-21-in heyətində "Uembli"də keçirdiyimiz matçın da topunu saxlayıram. Həmin matçda ingilislərin qapısından 3 qol keçirmişdim. Həmçinin "A" və "B" seriyalarındakı debüt matçımı, "A" seriyasında ilk dəfə dubl etdiyim görüşün topları da kolleksiyamdadır.
- Belə çıxır ki, İnzagi kimi sənin də evinin bir hissəsində kiçik bir muzey var?
- Yox, hələlik onları qutularda saxlayıram. Amma gələcəkdə onları daha səliqəli şəkildə yerləşdirməyi planlaşdırıram.
- Deməli səni də kolleksiya həvəskarı hesab etmək olar?
- Hardasa, hə.
- Qollarını qeyd edərkən, buna əvvəldən hazırlaşırsan?
- Yox, yox. Bu ani olan bir şeydi.
- Bu səviyyəyə gəlib çatdığına görə, ailəndən başqa kimə minnətdarlıq etmək istərdin?
- Məşqçilər arasında ağlıma gələn ilk isim Mandorlinidir. Amma hər şeyimi borclu olduğum insan Mino Favinidir. O "Atalanta"nın gənclər komandasının direktoru idi. O əla insandır və futbolçu çox gözəl anlayır. Berqamoya gələrkən 14 yaşım var idi. Ordan gedərkən isə artıq 21 yaşım vardı. Məhz onun prinsipləri, işə yanaşma tərzi, metodikası mənə çox faydalı oldu. Onun sayəsində xeyli irəli getdim.
- Çatışan və çatışmayan cəhətlərin hansılardı?
- Tərifləmək kimi çıxmasın, amma özümü şəxsiyyət hesab edirəm. Çatışmayan cəhətim isə odur ki, insanları tez bir zaman boğaza yığıram.
- Sənin dostun olmaq üçün nə etmək lazımdı?
- Bunun üçün düzgün və səmimi olmaq lazımdı. Yaltaqları görən gözüm yoxdu. Çox şadam ki, bu cür insanlar qarşıda az çıxıb.
- Bu günəcən futbol meydanında ən çox sevindiyin an hansı olub?
- Bu suala cavab vermək çox çətindir. Çünki hər oyun ayrıca tarixdi. "B" seriyasında vurduğum ilk qolu yaxşı xatırlayıram. Həmin anda göyün yeddinci qatında uçurdum. Həmçinin "A" seriyasında, Çempionlar Liqasında və millidəki ilk oyunumu heç vaxt unuda bilmərəm.
- Bəs, ən məyus olduğun an hansıdır?
- 3 belə an xatırlaya bilərəm ki, onlardan ikisi "Sampdoriya" ilə bağlıdır. "Olimpiko Stadio"da İtaliya kubokunun final matçı çərçivəsində "Latsio" ilə qarşılaşırdıq. Təəssüflər olsun ki penaltilər seriyasında kuboku əldən verdik. Həmçinin Çempionlar Liqasının plaf-offunda ağılsızcasına "Verder"ə yenildiyimiz matçı da unuda bilmirəm.
- Deyəsən, üçüncünu unutdun.
- Bu il, Barselonada keçirdiyimiz oyun da üçüncü. Baxmayaraq ki, mən həmin görüşdə oynamamışdım.
- Sehirli çubuğun olsaydı, kimə çevrilmək istərdin?
- Heç kimə. Çünki indi sahib olduğumlarımla fəxr edirəm. Məşhurluq məni heç vaxt dəyişə bilməz. Əvvəl necəydimsə, məşhurlaşandan sonra da belə oldum.
- Uşaqlıqdan peşəkar futbolçu olmağı istəyirdin?
- Bəli, heç vaxt başqa bir peşə haqda düşüməmişəm. Bütün fikrimi də erkən yaşlarından məhz yaxşı karyera qurmağa yönəltmişdim.
- Bir neçə ildən sonra özünü başqa bir sahədə təsəvvür edirsən?
- Jurnalistikadan başqa istənilən peşə ilə məşğul ola bilərəm.
- Futbolçuların şəkilləri olan yapışqanları toplayırsan?
- Əvvəllər, toplayırdım.
- Təsəvvür et ki, kimsəsiz adaya yollanırsan. Özün ilə nəyi götürmək istərdin?
- İlk növbədə özümlə bərabər top götürərdim. Axı, formada qalmaq lazımdı (gülür). Həmçinin üzmək üçün xüsusi maska götürməyi də unutmaram. Təbii ki, yeməkləri də unutmaq olmaz.
- Sonuncu dəfə nə vaxt özündən çıxmısan?
- Bir neçə gün əvvəl.
- Özündən tez çıxırsan?
- Bir vaxtlar ürəyim yumşaq idi. Amma indi məni özümdən kim çıxardırsa, dərhal həmin adama narazılığımı bildirirəm. Səhvini üzünə vururam.
- Nə vaxtsa milliyə görə qürur hissi duymusan?
- 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatından sonra həqiqətən də qürur duydum. Eləcə də bir neçə səfər oyunları zamanı bu cür hisslər keçirmişəm.
- Səmimiliyini sübuta yetirmək üçün nəyə hazırsan?
- Bu, konkret olaraq situasiyadan asılıdır. Amma hərdən düşünürəm ki, insan düzgün olduğunu, doğru danışdığını heç kimə sübuta yetirməyə ehtiyac duymamalıdır.
- Karyeran ərzində bir çox klublarda forma geymisən. "Milan" onlardan nə ilə fərqlənir?
- 3 xüsusi məqamı qeyd edə bilərəm. Birincisi, heç bir klubun "Milanello" kimi fenomenal idman mərkəzi yoxdur. İkincisi, heç bir klubunda futbolçuların hazırlıq sistemi bu cür peşəkar səviyyədə qurulmayıb. Üçüncüsü və ən əsası, heç bir klub bu cür böyük ada sahib deyil. Bunu söz xatirinə demirəm. "Milan" dünyanın ən titullu klubudur və burada oynayarkən, insan bəxtinin necə gətirdiyini anlayır".
- Deyirlər ki, heç də hər futbolçu meydana çıxarkən "San Siro"dakı təzyiqə dözə bilmir. Bu, nə dərəcədə doğrudu?
- Bəli, burada çox-çox futbolçular itib-batıb. Amma atmosferin yaxşı tərəfləri də var. Çünki çətin anlarda buradakı atmosferin bizə çətin anlarda çox köməyi dəyib.
- Bir neçə gün əvvəl Paolo Maldini verdiyi müsahibəsində qeyd etmişdi ki, Çempionlar Liqasının tarixində, 1/2 finalda baş tutan ilk Milamn derbisini heç zaman unutmayacaq. Sən, həmin görüşü necə xatırlayırsan?
- 10 il əvvəl baş tutan həmin görüşü mən tənha, öz otağımda izləmişdim. Fikrimcə, bu İtaliya futbolunun parlaqlığı idi. Həmin il "A" seriyasının 3 təmsilçisi Çempionlar Liqasında yarımfinala adlamışdı. Amma bundan sonra vəziyyət yavaş-yavaş dəyişməyə başladı. Səhnəyə yeni oyunçular çıxdı. Lakin fakt fakt olaraq qalır, həmin vaxt İtaliya futbolu dünyada 1 nömrə idi. "Milan" isə planetin ən güclü klubu idi.
- İndi problem nədədir?
- İtaliya futbolu uzun illər dünyada hökmranlıq etdi. Amma indi bu mövqe zəifləyib. Əvvəllər bizim fantastik stadionlarımız vardı. İndi isə həmin arenalar köhnəliblər. Bütün bunlar isə çempionatın, ümumilikdə futbolun səviyyəsinə ciddi şəkildə təsir göstərir. 10 il əvvəl hər kəs "A" seriyasında çıxış etməyi hədəfləyirdisə, indi vəziyyət dəyişib. Çünki bugünkü gündə ən yaxşı futbolçular xaricə üz tuturlar. Buna isə yalnız təəssüflənə bilərəm.
- Bir çoxları İtaliya çempionatında təqvimin sıxlığından şikayətlənir. Həqiqətən də hazırki təqvim sizi yorur?
- Bizim komandamızın üzvləri bir neçə cəhbədə mübarizə aparmağa öyrəşməyib. Düzünə qalanda, bu cür qrafiklə oynayarkən, yüksək formada qalmaq çətin məsələdi. Buna görə də aparıcı klubların ehtiyat oyunçular skamyası geniş olur. Bu, qaçılmazdı. 3 gündən bir meydana çıxarkən, erkən vaxtda bərpa olunmaq çətin məsələdir. Mövsümün sonunun da gücümüz qalmır. Hələ milli komandanı da unutmamaq lazımdı.
- Son vaxtlar meydandan daha çox, ehtiyatda qalırsan...
- Təbii ki, ehtiyat oyunçular skamyasında qalmaq heç kimin ürəyincə deyil. Amma dayanmadan üzərində çalışacaqsansa, əvvəl-axır məşqçi sənə şasn verəcək. Mən də ümidimi üzmürəm, sona kimi çalışıram.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Dinamo” Klublar Komitəsinə müraciət etdi: “Bu, bizim haqqımızdır” (Müsahibə)
- AFFA PFL-ə qarşı açıq hücuma keçib - Məqsəd qurumun ləğvidir
- "Sabah"ın məşqçisinin qeyri-etik jesti qalmaqala səbəb oldu
- “Səbail” kapitanı ilə yollarını ayırır
- Berdıyevdən mini master-klass
- İsgəndər Cavadov Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti seçildi
- “Zirə”nin yeni transferi: “Həyati təhlükəm olduğu üçün oradan ayrıldım”
- “Neftçi” və “Araz-Naxçıvan”dan böyükhesablı qələbə
- Futzal millimizdə yeni məşqçi təyinatı
- “Səbail” Adil Şükürovla yola davam edir
- “Üzərində işləməli olduğumuz nüanslar kifayət qədərdir”
- “Neftçi”dən alqışlanası addım: O tribunaya Anatoli Banişevskinin adı verildi
- Qurbanov məğlubiyyəti şərh etdi
- Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal görüşünün nəticəsi dəyişdirilib
- Ceykob Merfi: “Qarabağ”a qarşı oyunumuz mövsümdəki ən yaxşı matçımız idi”
-
19:04
Cüdo Federasiyası kəmər dərəcələri üzrə imtahan təşkil edib
-
18:48
Füzuli Məmmədov: "Qolumuz sayılmalı idi"
-
18:25
Rəşad Sadıqov: "Təqvimə baxanda qorxulu yuxuya bənzəyir"
-
17:57
Banişevskinin xatirəsinə həsr olunan "Bakı Kuboku" beynəlxalq turniri başlayıb
-
17:32
I Liqada 19-cu tura yekun vuruldu
-
17:11
“Neftçi” İK vahid lider oldu
-
16:49
"Zirə" "Karvan-Yevlax"a çətinliklə qalib gəldi
-
16:00
Azərbaycanı Barselonada üç paraüzgüçü təmsil edəcək
-
15:47
II Liqada 21-ci turun oyun cədvəli açıqlandı
-
14:26
"Karvan-Yevlax" - "Zirə": Heyətlər açıqlandı
-
14:03
Bakıda beynəlxalq təlim-məşq toplanışı
-
13:34
"Qalatasaray" UEFA-dan təzminat tələb edəcək
-
12:18
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
-
11:45
“Araz-Naxçıvan”ın iki üzvü milliyə dəvət aldı
-
11:22
"Trabzonspor"dan səfər qələbəsi VİDEO
-
10:59
Millimizin seçmə mərhələ üçün heyəti
-
10:31
"Liverpul" "Qalatasaray"ı darmadağın etdi VİDEO
-
10:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:00
"Barselona" - "Nyukasl" matçında 9 qol VİDEO
-
20:54
Cüdo Federasiyası tərəfindən 25 klub və idman təşkilatına lisenziya təqdim edilib
-
19:48
"Araz-Naxçıvan" Şamaxıdan 3 xalla qayıtdı VİDEO
-
18:27
"Kimin kiminlə problemi varsa, ora yozur"
-
18:00
Andrey Demçenkodan qələbə şərhi
-
17:39
MOK-da Atletlər Komissiyasının 2026-cı ildə ilk iclası keçirilib
-
17:12
Azərbaycan millisi yenə darmadağın oldu
-
16:55
“Araz-Naxçıvan”dan vacib qələbə
-
16:46
Yeniyetmə cüdoçular üçün maarifləndirici görüş
-
16:21
AFFA 6 klubu cərimələdi
-
15:34
Ayın qolunun müəllifi mükafatlandırıldı
-
14:56
“Sumqayıt” Akademiyasında psixoloq tərəfindən terapiya seansları təşkil olunub FOTOLENT
-
14:28
25-ci turun hakim təyinatları
-
14:13
“Şamaxı” - “Araz-Naxçıvan”: Heyətlər açıqlandı
-
14:00
Yuri Vernidub: “Hakimliyin daha yaxşı olmasını istərdim, amma olan budur”
-
13:49
“Araz-Naxçıvan” - “Neftçi” oyunu Qafarlıya tapşırıldı
-
13:32
AFFA nümayəndələri UEFA-nın seminarında
-
12:57
Riçard Almeydanın yeni klubu bilindi
-
12:26
De Bleker “Barselona” - “Nyukasl” oyununda
-
12:04
Banişevskinin xatirəsinə həsr olunan "Bakı Kuboku" beynəlxalq turniri keçiriləcək
-
11:48
16 yeniyetmə qız cüdoçumuz Türingiya Kubokunda iştirak edəcək
-
11:15
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:51
Afrika çempionluğu Seneqaldan alınıb Mərakeşə verildi
-
10:39
Emin Məmmədov: “Siz “Qarabağ” olaraq böyük iş görürsünüz”
-
10:23
"Fənərbaxça"dan 4 qollu qələbə VİDEO
-
10:02
"Neftçi" 89 yaşında! VİDEO
-
09:47
"Real" "Mançester Siti"yə belə qalib gəldi VİDEO
-
21:15
"Turan Tovuz"un müdafiəçisi Panama millisində
-
20:53
II Liqada 18-ci tur yekunlaşdı: “Dinamo” Qubadan 3 xalla qayıtdı
-
19:42
AFFA-da məşqçilərlə görüş keçirildi
-
18:39
"Mingəçevir"də ayrılıq
-
18:00
"Turan Tovuz"un qapıçısına Tacikistandan dəvət
19.03.2026
18.03.2026
17.03.2026























