Ölkə futbolu
Sessi D`Almeyda: “Bəzən bir nəfərin səhvi görünür, amma uduzan komandadır”
“Neftçi”nin yarımmüdafiəçisi Sessi D`Almeydanın Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Kubokunun 1/8 final mərhələsində əlavə vaxtda “Zirə”yə məğlub oldunuz (0:1). Məğlubiyyəti necə şərh edərdini?
- Bu oyunda uduzmağı haqq etmirdik. Qələbəyə daha yaxın olan tərəf biz idik. Birinci hissəni də, ikinci hissəni də yaxşı oynadıq, lain yekunda uduzduq. Oyunu əlavə vaxtda itirdik. Buna baxmayaraq, mübarizə apardıq, döyüşdük. Təəssüf ki, bu, qələbə qazanmaq üçün kifayət etmədi.
- Əlavə vaxtda elə görünürdü ki, sanki güc qalmayıb və “Neftçi” penaltiləri gözləyir...
- Mən də elə hiss etdim. Sonadək gücümüz qalmamışdı. Ayaqlarımız irəli getmirdi. Bu da məğlubiyyətə səbəb oldu – oyunu qazanmaq üçün güc çatmadı.
- Siz mübarizə apardıq deyirsiniz, razıyam. Lakin bunu hamıya aid etmək olmur. Məsələn, Varqas topu götürdükdən sonra heç kimə ötürmə vermir, hər dəfə driblinq edir və topu itirirdi. Qol da məhz onun top itkisindən sonra vuruldu...
- Bilirsiniz, bu futboldur. Driblinq etmək onun oyun üslubudur. Biz də arxasında olmalı, onu sığortalamalıyıq. Bir nəfəri günahlandırmaq düzgün deyil. Futbol səhv oyunudur. Bəzən bir nəfərin səhvi görünür, amma uduzan komandadır. O, topu itirdi, bəli, amma biz onu sığortalamlı idik. Məsələ budur.
- Samir Abasovun gedişindən sonra “Neftçi”də nəsə dəyişib?
- Müəyyən qədər də olsa, müsbətə doğru dəyişiklik var. Futbolçuların komanda üçün daha çox fədakarlıq etdiyini görürəm. Yeni baş məşqçi ilə müsbət dəyişikliklər var – yeni düşüncə, yeni yanaşma... Ona işləmək üçün imkan versək, böyük işlər görəcəyinə inanıram.
- “Neftçi” son 4 oyunda qələbə qazana bilməyib, turnir cədvəlində 7-ci yerdəsiniz və kubokda mübarizəni dayandırdınız. Halbuki “Neftçi”nin yaxşı heyəti, lazımi şəraiti var. Rəhbərlik komandanın uğur qazanması üçün hər şeyi edir. Bəs problem nədədir? “Neftçi” niyə uğursuzluğa düçar olur?
- Məncə, indi elə bir dövrdəyik ki, komanda ilə məşqçi heyəti arasında yeni bir bağ yaranır. Komandaya yeni nəfəs, yeni ab-hava gəlib. Bu taktiki yanaşma və inamla məşqçiyə işləmək imkanı versək, istədiyimiz yerə çatacağıq. Mən buna inanıram.
- Bəzən düşünürmürsünüz ki, “Neftçi”yə gəlməklə səhv seçim etmisiniz?
- Xeyr, xeyr. Mən belə düşünmürəm. Burada məsələ “Apollon” yaxşıdır, “Neftçi” yaxşıdır” deyil. Mən bura məqsədlə gəlmişəm, nəsə qazanmaq üçün. “Neftçi” ambisiyaları olan böyük klubdur. Amma klubun da, futbolçuların da müəyyən vaxta ehtiyacı olur. “Vaxt lazımdır” demək çətindir, çünki artıq dekabrdır. Amma yenə də inanıram – həm özümə, həm komandaya. Bizə sadəcə bir dönüş nöqtəsi lazımdır. Məşqçi, Abubakar gəlib və onunla birlikdə komandada böyük inam yaranıb. Bizim güclü futbolçularımız var. Hiss edirəm ki, nəsə gəlir, nəsə dəyişir. Bu gün uduzduq, bəli. Amma bu o demək deyil ki, zəifik. Bu mövsüm nəsə əldə edəcəyik – mən buna çox inanıram. Sadəcə daha çox mübarizə aparmaq lazımdır. Meydanda yıxılan futbolçu qalxıb geri qaçmalıdır.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
21:06
Qurban Qurbanov: “Bunu düşünməyərək oyuna hazırlaşmışdıq”
-
20:42
Millimiz Avstraliyaya uduzdu
-
19:53
"Qarabağ" bir xalla kifayətləndi
-
15:28
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
-
13:39
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
-
13:17
Balayev(lər)in sual fobiyası... - YAZI
-
13:00
Krivotsyukun komandası həlledici mərhələyə yüksəldi
-
12:44
Bakıda Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası
-
12:21
Mahirin komandası sonda bir xalı əldən verdi
-
12:07
Derbidə sevinən tərəf "Tottenhem" oldu VİDEO
-
11:55
Baklov səhvini etiraf etdi: “Rəqibin baş zərbəsi zamanı daha yaxşı oynaya bilərdim”
-
11:36
Nəriman yenə ehtiyatda oturdu
-
11:12
"Borussiya" sonda sevindi VİDEO
-
10:48
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
-
10:23
"Napoli" - "Roma" matçında 6 qol VİDEO
-
10:09
Balayev müsahibəni yarımçıq saxladı: “Səhv söhbətində...”
-
09:54
"Arsenal"ın qələbəsi VİDEO
-
09:31
Abdullazadənin komandası məğlub oldu
-
09:17
"Mançester Siti" səfərdə xalsız qaldı VİDEO
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
25.10.2026
24.10.2026
23.10.2026
























