Ölkə futbolu
Ayxan Hüseynov: “Qələbə qazanmaq üçün darıxmışıq”
“Turan Tovuz”un yarımmüdafiəçisi Ayxan Hüseynovun Futbolxeber.az saytına müsahibəsi
- Ölkə kubokunun 1/8 finalında “Şahdağ Qusar”ı 2:1 hesalı ilə məğlub etdiniz. Matça erkən qolla başladınız və bundan sonra hamı böyükhesablı qələbə olacağını düşünürdü. Yekunda isə çətinliklə qələbə qazandınız. Niyə belə alındı?
- Kubok oyunları həmişə maraqlı keçir. Aşağı liqa komandaları meydana yüksək motivasiya ilə çıxırlar. Özlərini sübut etmək istəyirlər. Rəqib yaxşı oynadı, yaxşı mübarizə apardı. Bir qədər çox kobud oynayırdılar. Bütün bunlara baxmayaraq, qələbə qazandıq. İrəli gedirik.
- Ola bilərmi ki, rəqib I Liqa təmsilçisi olduğu üçün meydana arxayın çıxmışdınız?
- Deməzdim. Çalışırdıq öz oyunumuzu oynayaq, rəqibin kimliyinə fikir verməyək. Hava şəraiti bir qədər oyuna təsit etdi. Tam istədiyimiz kimi çıxış edə bilmədik. Bu cür matçlarda istəyi daha çox olan qalib gəlir.
- Növbəti mərhələdə rəqibin hansı komanda olmasını istərdiniz: “Kəpəz”, yoxsa “Araz-Naxçıvan”?
- Məncə, həmin cütdə şanslar bərabərdir, kim daha güclüdürsə, o da keçəcək. Rəqibə fikir vermirik. Kubokda biz tərəfdə ümumiyyətlə zəif rəqib yoxdur. Hamısı yaxşı komandalardır. İstənilən rəqiblə düşsək, çətin olacaq. Amma onu deyə bilərəm ki, “Araz-Naxçıvan”ın işi heç də asan olmayacaq.
- “Turan Tovuz”un qarşısına çempionluq hədəfi qoyulub. Bəs kubok komanda üçün nə dərəcədə önəmlidir?
- Kubok da vacibdir. Mümkün qədər irəli getməyə çalışacağıq. Alınsa, final oynamaq istərdik.
- Hazırkı heyət hər iki cəbhədə sona qədər mübarizə aparmağa imkan verir?
- Hazırda bir qədər zədəlilərimiz var. Həm də fasiləyə yaxındır. Yüklənmə çoxalır və belədə zədəlilərin sayı artır. Əgər komandada itki olmasa, bütün futbolçular hazır vəziyyətdədirsə, bəli, heyətimiz yetərlidir.
- Çempionatda son 3 turda qələbə qazana bilməmisiniz. Bunu qeyd etdiyiniz səbəblə - heyətdəki itkilərlə əlaqələndirmək olar?
- Bəzi insanlar başa düşmürlər, ya da başa düşmək istəmirlər ki, çempionat uzun marafondur. Hər bir komanda mövsüm boyu ideal formada ola bilməz. Çətin dövrlər də olur. Həm də son turlarda xal itirdiyimiz komandalar hamısı iddialılardır. “Neftçi” ilə matçda qol vurmaq üçün şanslarımız var idi. Məncə, son oyunlarda bəxtimiz gətirmir.
- Qarşıdan “Qəbələ” ilə səfərdə çempionat oyunu gəlir. Həmin matçda uğursuz gedişata son qoymaq mümkün olacaq?
- Əlimizdən gələni edəcəyik. Meydana 3 xal üçün çıxacağıq. Qələbə qazanmaq üçün darıxmışıq. İnanıram ki, uğursuz gedişata həmin matçda son qoya biləcəyik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
21:06
Qurban Qurbanov: “Bunu düşünməyərək oyuna hazırlaşmışdıq”
-
20:42
Millimiz Avstraliyaya uduzdu
-
19:53
"Qarabağ" bir xalla kifayətləndi
-
15:28
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
-
13:39
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
-
13:17
Balayev(lər)in sual fobiyası... - YAZI
-
13:00
Krivotsyukun komandası həlledici mərhələyə yüksəldi
-
12:44
Bakıda Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası
-
12:21
Mahirin komandası sonda bir xalı əldən verdi
-
12:07
Derbidə sevinən tərəf "Tottenhem" oldu VİDEO
-
11:55
Baklov səhvini etiraf etdi: “Rəqibin baş zərbəsi zamanı daha yaxşı oynaya bilərdim”
-
11:36
Nəriman yenə ehtiyatda oturdu
-
11:12
"Borussiya" sonda sevindi VİDEO
-
10:48
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
-
10:23
"Napoli" - "Roma" matçında 6 qol VİDEO
-
10:09
Balayev müsahibəni yarımçıq saxladı: “Səhv söhbətində...”
-
09:54
"Arsenal"ın qələbəsi VİDEO
-
09:31
Abdullazadənin komandası məğlub oldu
-
09:17
"Mançester Siti" səfərdə xalsız qaldı VİDEO
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
25.10.2026
24.10.2026
23.10.2026
























