Ölkə futbolu
Qurban Qurbanovdan qələbə şərhi
Azərbaycan Premyer Liqasının 13-cü turunda "Qarabağ" "Karvan-Yevlax"a 2:0 hesabı ilə qalib gəlib.
Futbolxeber.az saytının məlumatına görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilmiş mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.
- Füzuli Məmmədova uğurlar arzulayıram. Uzun müddətdən sonra baş məşqçi kimi Premyer Liqaya qayıtdı. Ona qarşıdakı matçlarda uğurlar arzulayıram. Futbolçularımı təbrik edirəm. Vacib üç xal idi. Oyun bizim üçün asan deyildi. Avrokubok oyunlarından sonra futbolçuların hazırlıq səviyyəsi 30-40 faiz aşağı düşür. Şərait və vaxtımız olmur. Elə də asan deyil. Bugünkü heyəti götürsək, bir neçə futbolçu öz idman formasından uzaqdır. Ramil Şeydayev nə qədər vaxt oynamır. İlk dəqiqələrdən meydanda olması asan deyil. Musa Qurbanlı da həmçinin. Bədavi Hüseynovu da qeyd edərdim. Ritmə düşmək üçün 3-4 oynamaq lazımdır ki, güclərini bölüşdürə bilsinlər. Risklərə getmək istəmirik. Vacib oyunlar olsa da, futbolçuları qorumaq bizim üçün. Məğlub olmağa hazırıq, nəinki futbolçuları itirək. İtaliyada oyunda da Mateus Silv, Leandro Andrade əzələsində problem hiss etdi. Kevin Medina məlumdur. Bəhlulda da yorğunçuluq var idi. Üç nəfəri protkola salmadıq da. İlk “onbirlik”də yer alanlar yorğun olsalar da, oyun ritmindən düşmürlər. Digərləri isə həm məşqdən uzaq qalırlar, həm də daha az oyun oynayırlar. Bu da bizə ciddi problem yaradır. Kənardan görünə bilər ki, adlar var. Amma o adların istədiyin formada olmayanda, problemlərin yaranır. Şükür Allaha, çalışırıq ki, vəziyyəti balanslaşdıraq. İlin sonuna gəldikcə, zədəlilərin sayı artır. Qarşıda bizi kubok və çempionat matçlarımız var. Futbolçuların üzərinə daha da çox məsuliyyət düşür ki, özlərini bu oyunlara hazırlasınlar. Çempionat bir az fərqli gedir, komandalar başqa cür oynayır. Əvvəllər komandalar müdafiədə daha çox səhv edirdi, indi fərqlidir.
- İcraiyyə Komitəsinin iclası keçirildi. Neçənci dəfədir ki, siz olmayan vaxtda vacib iclaslar salınır...
- Əvvəlcədən bildirilir ki, iclas hansı tarixdə olacaq. Hamıdan da bu haqda soruşurlar. Oradakı insanların hər biri iş başında olur. Hamını bir yerə yığmaq üçün vaxt təyin olunmalıdır. Biri var tək mənim vaxtım olmasın, biri də var 5 nəfər Bakıda olmasın. Belə olduğu halda, az adamın olmamasını əsas götürürlər. Normal prosesdir. İkinci, ya üçüncü dəfədir ki, üst-üstə düşür. Bütün qərarlar İK-nın bütün üzvlərinə göndərilir. Orada ciddi problem görmürəm.
- Marko Yankoviç və Mateus Silva arasında “Napoli” ilə görüşdə baş verən mübahisə haqda fikriniz necədir?
- Futbol emosional oyundur. Belə halların çox şahidi olmuşuq. Bundan da çox sərt halların şahidi olmuşuq. Hər bir halda, belə oyunlarda özlərinin emosialarını qoruyub-saxlamalıdırlar. Çünki matçın gedişatına təsir edə bilər. Ümumi fikirlərimi bildirmişəm. Bu mövzuya çox ciddi diqqət ayırmışam.
- “Ayaks”la oyun pley-offa çıxmaq baxımdan sizin üçün çox vacibdir. Bu fikirlə razısınız? Belə yanaşma komandanın üzərində əlavə təzyiq yaratmır?
- Normal yanaşmadır. Çox vacib oyundur.Bəlkə də azarkeşlər turnir cədvəlinə məndən daha çox baxırlar, daha çox oyunları analiz edirlər. Bəlkə bəzi detallara mən toxunmuram, amma fanatlar bunu analiz edirlər. Biz oyuna daha çox diqqət ayırmalıyıq. Futbolçulara müsbət təsiri olar. Çempionat oyununa hazırlaşa-hazırlaşa həmin görüşü də fikirləşməyə çalışacağıq. “Ayaks”ın öz oyun fəlsəfəsi var, neçə oyununa baxmışam. Rəqiblərdən aşağı səviyyədə oynamayıb. “Benfika” ilə matçda daha çox qol epizodları oldu, nəinki onların. Bu cür yanaşma məni daha çox narahat edir. Sanki qalibiyyət artıq bizimdir, sonuncu pillədə gedən komandaya qarşı oynayırıq. Bundan uzaqlaşmaq lazımdır. “Ayaks” da gözünü qarşıdakı oyunlara dikiblər. Xüsusilə də, bizimlə matça. Çox ciddi və diqqətli olmalıyıq. Ötən mövsüm Avropa Liqasında sonuncu olduq. Amma 3-4 oyunumuz var idi ki, rəqibdən üstün idik. Sadəcə qismətimiz deyilmi. Ola bilər içəridə nəyisə səhv etmişdik, bəlkə kollektivdə hansısa yaxşı dostluq yox idi.
- Mateuş Koxalski ilə bağlı “Qarabağ”a rəsmi təklif olub?
- Hər xətdə oyunçu axtarıram. Bu an ehtiyacımız var. Daha sağlam olmağa ehtiyacımız var. Juninyo yaxşı futbolçu idi, yaxşı qolları oldu. Amma onun stabilliyindən narazı idim. Juninyonun özəlliklərindən bir cür istifadə edirdim, indi əlimdə olanlardan başqa cür edirəm. O cür futbolçunun komandamızda olmasına yox deməzdim. Hər halda, axtarırıq, baxırıq, işlər gedir. İmkan olsa, 2-3 oyunçu götürəcəyik. Koxalskiyə görə, rəsmi təklif yoxdur. Tələsmək lazım deyil. Qapıçı indi-indi inkişaf etməyə başlayırsa, potensialını üzə çıxarmağa başlayırsa, tələsməmək lazımdır. Belə şansdan daha çox istifaə etmək lazımdır. Rəsmi təklif yoxdur.
- İcraiyyə Komitəsndə çıxan qərarlara fikriniz necədir?
- Burada fikir bildirməyin düzgün olmaz.
- Toral Bayramova oyundan sonra müsahibə üçün yaxınlaşan jurnalistlər olsa da, o bildirdi ki, uşaqlarına daha çox vaxt ayırmaq istəyir. Maraqlıdır, həqiqətən Bayramov bazada daha çox vaxt keçirir?
- Mən bəzən “Qarabağ”ın futbolçularının iş rejiminə baxanda, yazığım gəlir desəm, ağır hallanar. Amma bəzən istəyirəm ki, onları bir ya buraxb və deyim gedin 1 ay futboldan uzaq olun. Onlar üçün asan deyil. Biz istənilən turnirdə nəticə verməliyik. Komanda elə yerə gəlib çıxıb ki, futbolçuların normal istirahət vaxtı yoxdur. Buna fiziki güc yox, psixoloji olaraq çatdırmır. Mənə baş məşqçi kimi asan deyil. Futbolçuları başa düşmək lazımdır. Onlar kimin üçün oynayır ki? Biz, xalq, ailəsi üçün. Çox adam fikirləşir ki, övladım futbolçu olsun. Ancaq inanın ki, bunlar sanki seçilmiş insanlardır. Döyülən də onlar, söyülən də onlar. Nəsə çatışmazlıq oldusa, media, rəhbər, azarkeş, məşqçi, valideyn tərəfdən üzərlərinə gedirlər. Böyük təzyiqlərə məruz qalırlar. Onları başa düşmək lazımdır. Futbolçuların yanında olmalıyıq. Ramil Şeydayev, Nəriman Axundzadə, Musa Qurbanlı oynamadıqca, idman formasından uzaqlaşırlar. Psixoloji təzyiq çoxdur. Ələlxüsus da, öz futbolçularımızın yanında. Bəlkə bəzən sizinlə kobud danışırlar, amma onları başa düşmək lazımdır. Çünki əsəbləri bəzən yerində olmur. Allah qoysa, deyərəm, gələn dəfə vaxt ayırar, müsahibə verər.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:26
"Qarabağ" və "Araz-Naxçıvan"ın futbolçuları üçün sessiya keçirildi
-
18:03
Turun mərkəzi oyununda “Şahdağ Qusar” qalib gəldi
-
17:39
Azərbaycanın cüdo klubu Çempionlar Liqasında iştirak edəcək
-
16:41
AVF rəsmisi Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb
-
16:14
Cüdoçularımız Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər
-
15:57
Emrelininin yeni baş məşqçisi məlum oldu
-
14:25
PSJ-də şok itki: 9 ay oynamaya bilər
-
14:00
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
-
13:32
Voleybol millimiz Gürcüstana yola düşüb
-
12:18
Üç təmsilçisimiz dünya çempionatında qələbə qazanıb
-
11:46
"Liverpul"dan 4 qollu qələbə VİDEO
-
11:23
Avropa çempionatı: Daha 7 boksçumuz növbəti mərhələdə
-
10:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:09
Ziya Rəcəbov: “Zaqrebdə də öz sözümüzü deyəcəyik”
-
09:54
"Fənərbaxça" sonda qələbəi əldən verdi VİDEO
-
09:31
Ayşən Əbdüləzimova: “Hədəf ÇL-in qrupudur”
-
09:17
PSJ - "Barselona" matçında 6 qol VİDEO
-
09:00
Həsən Zeynalov: “Heç vaxt mübarizəsiz təslim olmarıq”
-
20:57
“Turan” “Mladost”u məğlub etdi
-
20:21
U-15 millimizin dünya çempionatı üçün heyəti
-
19:30
II Liqada 8-ci tura yekun vuruldu
-
18:12
"Qarabağ" və "Neftçi"nin cərimələri açıqlandı
-
18:05
Bağırov 1 oyunluq cəzalandı, "Şamaxı" cərimələndi
-
17:54
Dünya çempionatı: Güləş millilərinin heyəti açıqlanıb
-
17:28
ACF Kuboku keçiriləcək
-
16:46
Orxan Hüseynzadə yeni təyinat alıb
-
16:19
FIFA reytinqi: Azərbaycanm millisi yerində sayıb
-
16:03
Cüdo Federasiyasının Hakimlər Komitəsinin təşkilatçılığı ilə praktiki seminar keçirilib
-
15:51
Emrah Çelikel: “Bunu doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq”
-
15:37
Qız cüdoçularımız Özbəkistanda təlim-məşq toplanışında iştirak ediblər
-
15:22
AMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb
-
14:45
Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçuların çıxışını yüksək qiymətləndirib
-
14:00
9 klub İkardini heyətində görmək istəyir: siyahıda “Beşiktaş” da var
-
13:14
17 yaşlı istedad PSJ, “Çelsi” və “Mançester Siti”nin hədəfində
-
12:38
Milli Qəbələ toplanışında
-
11:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:23
II Liqa matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
11:09
“Şahdağ Qusar” - “Səbail” oyununun hakimləri məlum oldu
-
10:41
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
-
10:17
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışda
-
09:52
"Trabzonspor" "Beşiktaş"ı məğlub etdi VİDEO
-
09:30
Toral oynadı, komandası qalib gəldi
-
19:03
“Ehtiram Quliyev "Turan Tovuz"dan getsə, mən də gedəcəm”
-
18:49
Həsən Zeynalov: “Sabah Azərbaycan voleybolu üçün böyük bayram olacaq”
-
18:37
Tovuz Çempionlar Liqasının oyununa hazırdır
-
18:21
Şirvanda qalib aşkarlanmadı
-
17:14
"Ganja Open 2026" beynəlxalq şahmat festivalına yekun vurulub
-
17:00
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə bu heyətlə gedir
-
16:42
Asif Məmmədovdan 18 ilin rekordu
-
16:16
“Qarabağ” və ASA birgə tədbir keçirdi FOTOLENT
21.10.2026
20.10.2026
19.10.2026
























