6 Sentyabr 2026, Bazar günü
"Neftçi” liderliyə yüksəldi
"Qəbələ" və "Şamaxı"dan qələbə
Əfran İsmayılovun israfçılığı...
"Zirə"dən növbəti transfer

Ölkə futbolu

Naxçıvanda "Məktəblərdə Futbol Dərsi" layihəsinə start verilib

AFFA-nın dəstəyi ilə Naxçıvan şəhər məktəblərində UEFA-nın "HatTrick" proqramı çərçivəsində keçirilən "Məktəblərdə Futbol Dərsi" layihəsinə start verilib.

Futbolxeber.az saytının məlumatına görə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Naxçıvan Şəhər Təhsil Şöbəsi, Naxçıvan Futbol Federasiyası (NFF) rəsmilərinin, məktəb direktorları və idman müəllimlərinin iştirakı ilə Naxçıvan şəhərində yerləşən 5, 12 və 14 nömrəli tam orta məktəblərdə şagirdlərlə görüş təşkil olunub, AFFA-nın bu layihəsi haqqında məlumat verilib.

NFF-in bundan sonra da Naxçıvanda futbolun kütləviliyi üçün müvafiq işlər görəcəyi, Təhsil Nazirliyi ilə müştərək işlərin davamlı olacağı bildirilib.

Sonda şagirdlərə AFFA tərəfindən idman geyimləri və futbol dərslərinin yüksək səviyyədə keçirilməsi məqsədilə əyani vəsait təqdim olunub.

Qeyd edək ki, layihə Naxçıvan şəhərinin 10 məktəbində həyata keçirilir.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30