26 Oktyabr 2026, Bazar ertəsi
Rəşad Sadıqov üçün yubiley
Millimiz Avstraliyaya uduzdu
"Qarabağ" bir xalla kifayətləndi
Balayev(lər)in sual fobiyası... - YAZI

Ölkə futbolu

"Neftçi"nin tarixində belə hal olmamışdı

Azərbaycan kuboku tarixində ilk dəfə “Neftçi” 1/4 finalda iştirak etməyəcək.

Futbolxeber.az saytının məlumatına görə, 1992-ci ildən keçirilən turnirin əvvəlki 33 mövsümündə səkkiz ən yaxşı sırasına düşən “ağ-qaralar”ın əbədi seriyası sona çatıb.

Bu, Bizon Azərbaycan kubokunun 1/8 finalında baş verib. Bakı klubu “Zirə” ilə matçın əlavə vaxtında uduzub – 0:1. Zirə İdman Kompleksinin stadionundakı qarşılaşmayadək “Neftçi” kubokda həm bütün mövsümlərdə iştirak edən, həm də daim 1/4 finalda olan yeganə komanda idi.

Qeyd edək ki, “səkkizlik”də iştirak sayında 2-ci olan “Qarabağ” 26, 3-cü olan “Şamaxı” 19 dəfə bu mərhələdə iştirak edib (pfl.az).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31