Ölkə futbolu
Şəkil çəkdirmək, boğazdan yuxarı sözlər və ... sıfır
Həftə sonu keçirilən Azərbaycan derbisinə – “Qarabağ” - “Neftçi” matçına maraq böyük idi. “Azərsun Arena”da anşlaq yaşanırdı. İstər azarkeşlər, istər media, istərsə də futbol ictimaiyyəti adına. Elə-belədə arenada 3-5 jurnalist olurdusa, bu dəfə media sektorda nəinki oturmağa, ayaqüstə dayanmağa belə yer tapmaq müşkülə çevrilmişdi. O ki qaldı futbol ictimaiyyətinə, açığı, AFFA-nın baş katibi Cahangir Fərəcullayevi arenada görmək sürpriz idi. Təbii ki, assosiasiyanın baş katibinin ölkə çempionatının matçına stadiondan canlı tamaşa etməsində qeyri-adi heç nə yoxdur. Sadəcə məsələ ondadır ki, baş katib çox nadir hallarda Premyer Liqa görüşlərini canlı olaraq stadiondan izləyir...
Bu il fevralın 2-də AFFA-nın baş katibi təyin olunan Fərəcullayev artıq 9 aydır iş başındadır. O, vəzifəyə təyin olunduğu gündən daha çox şəkil çəkdirməklə yadda qalırdı. Hansısa veteran futbolçunun ad günü olurdusa, dərhal AFFA-nın saytında baş katibin əlində mayka fotosu yayımlanırdı. Səhv etmirəmsə, C.Fərəcullayevin səsini media ilk dəfə təyinatından 2 ay sonra, AFFA-nın Hesabat Konfransında eşitdi. İnsafən, baş katib Konfransda çox gözəl çıxış etdi. “Hazırkı durumda hər şeyə sıfırdan başlamalıyıq”, “Uşaq futbolu yaralı yerimizdir”, “İnfrastruktur olmadan uşaq futbolu inkişaf etməyəcək”, “Biz sıfırdan ev tikməliyik” və s. Qulağa çox xoş gəlir, deyilmi? Lakin zaman keçdi, məlum oldu ki, bütün bunlar sadəcə boğazdan yuxarı sözlərdir. Ona görə ki, aylar keçib, lakin baş katibin yuxarıda dediklərindən hansısa biri istiqamətində müəyyən addımların atıldığını görməmişik. Deməli, bütün bunlar sadəcə publikanın gözündə xal qazanmağa hesablanmış açıqlamalardı.
Fərəcullayev bir də millinin İslandiya səfərində gündəmə gəldi. Oyundan əvvəl iddialı danışması ilə, matçdan sonra isə iki dəqiqənin içində milli komandanın baş məşqçisini vətən xaini çıxarmaqla. Fernandu Santuş az aşın duzu deyildi, təbii ki. İlk dəfə idi görürdüm ki, AFFA-nın baş katibi dərhal millinin baş məşqçisindən bu şəkildə üz döndərir. Əslində, bu da camaatın gözündə xal qazanmağa hesablanmış addım idi. Əgər elə olmasaydı, Cahangir Fərəcullayev növbəti Fransa və Polşa səfərlərində də media önünə çıxar, AFFA İcraiyyə Komitəsinin qərarı olmadan Fernandu Santuşun necə istefaya göndərilməsindən, AFFA İcraiyyə Komitəsinin qərarı olmadan Ayxan Abbasovun necə milliyə baş məşqçi təyin olunmasından, AFFA İcraiyyə Komitəsinin qərarı olmadan U-21-in necə A kateqoriyası belə olmayan Rəşad Eyyubova tapşırılmasından danışardı. 0:5 uduzan məşqçiyə döşəməyə nə var ki...
Uzun sözün qısası, 9 aydan artıqdır AFFA-nın baş katibi olan Cahangir Fərəcullayev bu müddətdə başqa heç nə ilə yadda qalmayıb. Ad günü fotoları və 2-3 açıqlama isə fəaliyyət deyil, cənab baş katib.
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
19:51
Millimiz "Antalyaspor"la yoldaşlıq oyunu keçirəcək
-
18:38
Dünya çempionatında 23 güləşçimiz mübarizə aparacaq
-
18:16
Elxan Səmədov “Ayın qolu”nun qalibini mükafatlandırdı
-
17:29
Azərbaycan kubokunda yeni mövsüm start götürdü: 2 oyunda 18 qol
-
17:05
Hidayət Heydərov: "Doğma Vətəndə uduzmaq ağırdır"
-
16:47
“Arsenal” Arteta ilə müqavilə yenilədi
-
15:52
AFFA üç komandaya texniki məğlubiyyət verdi
-
15:30
DÇ: Zelim qızıl, Ömər bürünc uğrunda yarışacaq
-
15:14
Millimiz FİFA reytinqində gerilədi
-
14:23
"Səbail" legioner hücumçu transfer etdi
-
14:00
AMADA "Qəbələ" üçün maarifləndirici seminar keçirib
-
13:31
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
-
12:06
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
-
11:48
İspaniya səfərdə Xorvatiyanı məğlub etdi VİDEO
-
11:25
Hakan Çalhanoğlu ilə bağlı şad xəbər
-
10:59
“Arsenal”ın hücumçusu “Atletiko” və “Yuventus”un hədəfində
-
10:37
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
10:02
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyuna böyük maraq: 4 minə yaxın bilet satılıb
-
09:14
“Neftçi”nin yarımmüdafiəçisi vida matçında Messiyə qarşı oynadı
-
19:36
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
-
19:27
Dünya çempionatı: Rəşid Məmmədəliyev Azərbaycana ikinci medalı qazandırdı
-
18:51
Rui Jorje: “Mən klubların işinə qarışa bilmərəm”
-
18:08
U-20 yığmamız Yaponiyanı məğlub etdi
-
17:19
Sefasın durumu nə yerdədir?
-
16:45
“Bavariya” Keynlə yeni müqavilə imzalayacaq
-
16:02
“Çelsi” “Barselona”nın müdafiəçisi ilə maraqlanır
-
15:23
I Liqada hakim təyinatları
-
14:36
Litva millisinin baş məşqçisi istefaya göndərildi
-
14:14
Voleybol millimiz İzmirdə hazırlıq keçəcək
-
14:00
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il üçün keçirilmə tarixləri müəyyənləşib
-
13:51
5 boksçumuz mərhələ adladı
-
13:27
Azərbaycan Kuboku: I təsnifat mərhələsi üçün hakim təyinatları
-
12:49
Alen Şkribeklə Bakıda bir gün - “Neftçi TV”dən maraqlı vloq VİDEO
-
12:15
Ronaldo “Əl-Nəsr”in düşərgəsinə qayıtdı
-
11:32
Varkonyinin debütu yenə baş tutmadı
-
11:08
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:46
VI "Qələbə qaçışı" xeyriyyə tədbiri keçiriləcək
-
10:23
İtaliya millisi yenə Türkiyəyə qalib gəldi VİDEO
-
09:54
“Qarabağ”ın qapıçısı sevindi, “Sabah”ın müdafiəçisi üzüldü
-
09:31
“Zirə”nin müdafiəçisi sona kimi ehtiyatda qaldı
-
09:17
Arda Gülər 2031-ci ilə kimi “Real”da
-
09:00
Yankoviç yenidən ermənilərə qarşı oynadı
-
20:35
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyuna bilet satışı davam edir
-
19:51
AMADA "Zirə"nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib
-
18:47
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib FOTOLENT
-
18:12
Azərbaycan klubunda yeni məşqçi təyinatı
-
17:29
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
-
17:00
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
-
16:46
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb
-
16:18
Masallıda güləş üzrə Lənkəran-Astara regionunun açıq turniri keçirilib
07.10.2026
06.10.2026
05.10.2026
























